adalet.az header logo
  • Bakı -°C
17 Fevral 2026 14:31
82
DÜNYA
A- A+

İsrail İranla müharibəyə hazırlaşır?

İsrail ordusu son günlərdə İranla mümkün müharibənin yeni mərhələsinə hazırlıq çərçivəsində Livanda "Hizbullah" terror təşkilatının hədəflərinə hücumlarını artırıb.

Adalet.az "Kanal 12"yə istinadən xəbər verir ki, "Hizbullah"ın canlı qüvvə, raket sistemləri və silah anbarlarına hücumların artması potensial müharibə vəziyyətində təşkilatın İrana yardım qabiliyyətini zəiflətmək məqsədi daşıyır.

“Maariv” qəzeti də fevralın əvvəlindən bəri İsrail ordusunun Livanda “Hizbullah” və “İslami-Cihad”ın 12 üzvünü məhv etdiyini yazıb.