adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Fevral 2020 14:45
16527
GÜNDƏM

İsparta təyyarəsi qəzaya uğramadı, vuruldu


Prof. Dr. SalehSultansoy, İspartada 30 noyabr 2007-ci ildə Prof. Dr. Engin Arık və akademiklərləbirlikdə görüşdə 57 nəfərin öldüyünü və təyyarənin 99 fazi düşürüldüyünü iddiaetmişdi.

"O təyyarə düşürülməsəydiTürkiyə bu gün CERN-ə üzv olmuşdu. Türkiyə torium yarışında dünya liderlərisırasında idi”.

Amma bu iddia dəstəklənmədivə təyyarənin pilot xətası səbəbindən qəzaya uğraması təsdiqləndi.

Bu qəzada ölənlərinarasında Boğaziçi Universitetindən professor Engin Arık, araşdırmaçı ÖzgenBerkol Doğan, tələbə Engin Abat, Doğuş Universitetinin professoru Şenel FatmaBoydağ da olub.

Qəzada həlak olanprof. Engin Arıkın həm iş yoldaşı, həm də ailə dostu olan prof. Saleh Sultansoyşokedici iddia irəli sürdü.

12 il geridə qalıb.Bu illər ərzində təyyarənin pilot xətası üzündən qəzaya uğradığı deyilirdi.Saleh Sultansoy isə təyyarənin 99 faiz düşürüldüyünü iddia edib.

TƏYYARƏ VURULMASAYDI

Təyyarənin qəzayauğramadığı fikrini irəli sürən Saleh Sultansoy prof. Engin Arıkın elm şəhidiolduğunu deyib. O deyib ki, Engin xanım özünü elmə fəda verdi. O təyyarədüşürülməsəydi, yəni vurulmasaydı Türkiyə bu gün CERN-ə üzv olmuşdu.

Təyyarə vurulandan birneçə gün sonra da bu iddialarını dilə gətirənSultansoy "2-3 saat içində bizəim bölgəyə yalnış məlumatlar gəldi, yəni500 metr civarında fərq var. Bu 500 metr fərq bir dağa vurmaq üçün bəs edir. Bumövzuda 1-2 kanaldan da məlumat gəldi. Mənə deyən mütəxəssislərə dedim ki,çıxın televizora, deyin. Amma onlar risk etmədilər. Başqa yollar da ola bilər,amma böyük ehtimalla bu işi bu üsulla gördülər” deyə açıqlama vermişdi.

2007 KRİTİK İL İDİ

Bu işi həyata keçirəbiləcək gücə sahib olan dövlətlərin bəlli olduğu deyən Sultansoy "Hansınınetdiyini bilmirik, amma kimin xeyrinədirsə, o edib. 2007 Türkiyə üçün CERN müstəvisindəçox kritik il idi. O dövrdə mən Türkiyə vətəndaşı deyildi, Qazi Universitetindəmüqavilə ilə işləyirdim. Müqavilənin uzadılamasını əngəllədilər və məhkəmə qərarlarınarəğmən müqavilə uzadılmadı, 8 ay işsiz qaldım” deyib.

Sultansoy həmçinindeyib:

" "Türk HızlandırıcıKompleksi” yenidən qurulmalıdır. Mehmet Akifin də dediyi kimi maddənin qüdrəti-zərriyəsindənenerji istehsalında faydalanmaq üçün yerli, milli və yaşıl enerji qaynaqlarımızolan toryuma geri dönməliyik”.

BİZANS OYUNLARI

O, Engin Arıkla2005-ci ildə Ankarada CERN çalışmalarıyla əlaqəli bir görüş keçirildiyini vəbirbaşa baş nazirə bir məktub yazdıqları vurğulayıb.

"Türk Fizika Dərnəyivasitəsilə işə başladıq. Baş nazirimiz CERN mövzusunda Türkiyə Atom EnerjisiQurumuna tapşırıq verdi. TAEK-CERN Elm komitəsi və CERN ofisi yaradıldı.

Bəzi "Bizansoyunları” baş versə də, CERN tədqiqatları 2010-cu ilə qədər ölkəmizdə geniş vüsətaldı. 2008-ci ildə baş nazirimiz CERN-i ziyarət etdi. Dalınca tam üzvlük müddətininbaşladılması üçün təlimat verdi. Təəssüf ki, 2011-ci ildən etibarən "Bizansoyunları” dövriyyəyə girdi və zirvəsinə çatdı. Türkiyə tam üzvlük müraciətinigeri çəkdi və 2015-ci ildə ehtiyat üzv oldu.

Türkiyə ilə birlikdəüzvlüyə müraciət edən İsrailin 2014, Serbiyanın 2019-cu ildə tam üzvolduqlarını təəssüflə vurğulayan Sultansoy Sloveniya və Cənubi Kiprin də müraciətmüddətinin sonuna gəldiklərini qeyd edib. O həmçinin deyib ki, son aylarda çoxüzücü irəliləyişlər baş verir. Bir yandan CERN proyektlərimizin büdcələriyarıya endirildi, o biri yandan da bizi ehtiyat üzvlükdən də çıxarılmağımızhaqda dedi-qodular gəzir. CERN proyektlərində işləyən gənclərimizin psixoloji vəziyyətinidüşünün.

O PROYEKT BLOKEDİLDİ

"Türk Hızlandırıcı Kompleksi”proyektində ciddi xətaların olduğunu dilə gətirən Sultansoy deyib ki, ən önəmlisiproyektin inkişafı prosesində yalnış üsullar seçilir. Bunu o vaxtlar Enginlə məndemişəm və qarşı çıxmışıq.

CERN-in ATLAS dərnəyinəqatılmağımızı əngəlləmək üçün də qurulmayan oyun qalmadı. Bu gün də davam edir.Ayrılan pullar kəsilir, proyektimiz üç ildir blok edilir. Engin xanım sağolsaydı, bunları etməyəcəkdilər.