İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
İsmayıllı şəhərinin Cavanşir küçəsində yerləşən “Şahdağ” firmasına məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Adalet.az-a verilən məlumata görə, baxış zamanı bazarda sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Bazarda fəaliyyət göstərən ticarət obyektlərinin qida məhsullarının saxlanılması və satışı üzrə tələblərə uyğun müvafiq avadanlıqlarla təmin edilmədiyi, ət satışı üçün bölmələrin təşkil olunmadığı, xüsusi risk qrupuna aid məhsulların temperatur rejimi gözlənilmədiyi, mal qonşuluğu prinsipinin pozulduğu, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədən və xüsusi geyimsiz fəaliyyət göstərdiyi, qida ilə təmasda olan səthlərin asan təmizlənə və dezinfeksiya edilə bilən materialdan ibarət olmadığı və digər nöqsanlar aşkarlanıb.
Müəyyən edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub, bazarda süd məhsullarının satışı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Digər Xəbərlər
27 Sentyabr 2026 00:00
Azərbaycanda Anım Günüdür
26 Sentyabr 2026 20:30
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
26 Sentyabr 2026 19:45
Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb
26 Sentyabr 2026 19:20
Prezident və ailəsi "Formula 1"də - FOTOLAR + YENİLƏNİB
26 Sentyabr 2026 16:46
XRİTDX əməkdaşlarının peşə bayramı münasibətilə tədbirlər keçirilib
26 Sentyabr 2026 12:37
FHN Formula 1 üçün təhlükəsizlik tədbirlərini yüksək səviyyədə təşkil edib - VİDEO
26 Sentyabr 2026 09:41
"Dinin məktəbdə nə işi var?"
26 Sentyabr 2026 09:10


Bakı -°C

