İsmayıllıda turizmin sosial və internet mediada təbliğinə həsr edilmiş təlim keçirilib
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən "Azərbaycanın turizm potensialının sosial və internet media vasitəsilə təbliği” layihəsi çərçivəsində İsmayıllı rayonunda "Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv və düzgün iştirak” mövzusunda təlim keçirib.
Təlim sosial şəbəkələrdə aktiv və ya "vətəndaş jurnalistikası” ilə məşğul olan, xarici dil bilən gənclərin Azərbaycan turizminin təbliği ilə bağlı bilik və araşdırma bacarıqlarını artırmaq məqsədilə keçirilib. Təlimdə 20-dən artıq gənc iştirak edib. Təlimçi, Yeni Media Jurnalistləri İctimai Birliyinin sədri Xaqani Səfəroğlu tərəfindən gənclərə Azərbaycan turizminin dünyada təqdimatı mövzusunda məlumat verilib, mənbələr göstərilib, bu sahədə sosial şəbəkələrdə effektiv statuslarla çıxış etmək qaydaları aşılanıb. Təlimi bitirmiş gənclərə sertifikatlar verilib. Qeyd edək ki, 4 aylıq layihə çərçivəsində xarici dillərdə yazacaqgənc jurnalistlərin turizmə aid yazı bacarıqlarının təkmilləşdirilməsi və eləcə də bu sahədə bloggerlik vərdişlərinin artırılması üçün bundan öncə Bakı Dövlət Universitetində daha 3 təlim keçirilib, həmçinin layihə çərçivəsində "Yenimedia.info” saytının bu sahəyə aid yazılarla fəaliyyət göstərməsi üçün təkmilləşdirilməsi və turizmin təbliğinə aid kitabçanın çapı nəzərdə tutulur.
Digər Xəbərlər
26 Aprel 2024 16:24
Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF
25 Aprel 2024 18:27