İsmayıllı sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə uğurlu əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Ruşan kənd sakini Məzahir Şirinovdan müvafiq sənədləri olmayan "İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Digər Xəbərlər
02 May 2024 17:40