adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
15 Iyun 2018 13:49
22107
MƏDƏNİYYƏT

İsmayıllı rayonunun Lahıc qəsəbəsində ənənəvi xalq sənəti olan misgərlik sənətinin izi ilə...

Lahıcəfsanələr, nağıllar diyarıdır sanki. Minillərin sınağından mətanətlə çıxanLahıc dünən də, bu gün də qədim misgərlik sənətinin ata ocaqlarından biridir.Dünyanın milyon illik yaddaşında Lahıcın-bu füsunkar aləmin öz izi var. Bu güno izlə saysız-hesabsız sənətkarlar, misgərlik sənətini dünəndən bu günə daşıyaninsanlar irəliləyir. Zaman vardı ki, dünyanın ən müxtəlif ölkələrindən uzananyollar Lahıcda birləşirdi. Qədim səyyahları, tacirləri, gözəllik aşiqlərinilahıc ustalarının əlinin sığalından yaranan qeyri-adi dərəcədə gözəl mis qablarözünə cəlb edirdi. Bu gün də Lahıc öz simasını qoruyur. İndi də LahıcAzərbaycanın misgərlik sənətinin pardaxlandığı, çiçəkləndiyi bir məkan kimimövcuddur.

Özümİsmayıllıdan olsam da Lahıca barmaqla sayılacaq qədər getmişəm. Hər dəfəsıldırımlı yollarla üzü dağlara tərəf yol alanda sanki bu yolu birinci dəfədirgedirəm hissinə bələnmişəm həmişə. Ssıldırım qayalar öz qartal görkəmi ilə vahiməlisalıb hər zaman məni..Amma gözəlliklərəaddım-addım yaxınlaşdıqca o vahimə əriyib, yoxa çıxıb. .

Rəhbərliketdiyimin Yeni Həyat İqtisadi-İnkişaf İctimai Birliyi AzərbaycanRespublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət DəstəyiŞurasının maliyyə dəstəyi ilə "Lahıc misgərlik sənətinin inkişaf perspektivləriilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində Lahıcın qədim misgərliksənətinin bu günkü vəziyyətini geniş araşdırmağa imkan verir.

Dediyimkimi Lahıc nağıllar aləmidir sanki. Burada qədimliklə müasirliyin gerçəkqurşağı formalaşıb.

Heçşübhəsiz ki, zaman dəyişir, bu özünübəzən milli-maddi dəyərlərə yanaşmada da özünü göstərir.

Sirrdeyil ki, illər əvvəl Azərbaycanın hər yerində, eləcə də, ölkə hüdudlarındankənarda yaşayan azərbaycanlıların evində mis qablar, məişət əşyaları olardı.Analar böyük sevgi və qürurla qızlarına verdikləri cehizə mis qablar, evdəişlənən əşyalar da qoyardılar. Zaman – zaman mis qablar, əşyalar insanlarınməişət həyatında mühüm rol oynayardı. Bu həm sağlamlıq baxımından insanlarafayda verərdi, həm də maddi irsin ailələr tərəfindən qorunmasına, nəsillərdənnəsillərə ötürülməsinə səbəb olardı. Xörəklər mis qazanlarda bişərdi və süfrəyədə mis qablarda verilərdi. Bu cümələri yazarkən həmin səhnələr gözlərimqarşısında canlanır. Mis qablar, məcmayilər, qazanlar, aşsüzənlər, sərniclər,badyalar, dolçalar, satıllar, tərəzilər, səhənglər, daha nələr keçmir gözlərimqarşısından. Bu gün o nümunələrə muzeylərdə rast gəlirik, təəssüf ki,məişətimizdə o qablara çox nadir hallarda təsadüf edirik. Təbii dövr dəyişdikcəmis əşyalardan daha az istifadə olunmağa, bu da öz növbəsində misgərliksənətinin əvvəlki önəminin itməsinə gətirib çıxardı.Bu gün mis qabda yeməkbişirmək üçün ya gərək nənənin cehizlərinə qarşı vəfalı olasan, ya da şimalrayonlarına üz tutasan. Məsələn, mən bu halın yenidən şahidinə çevirilmək üçün İsmayıllınınLahıc qəsəbəsinə yol alacağam. Yəni ikinci yolu seçdim və bu yoldaqarşılaşdığım bütün hadisələri, gördüklərimi inci kimi ipə-sapa düzəcəyəm. Üz tutdum İsmayıllının Lahıc qəsəbəsingördüklərimi gələn yazımızda işıqlandıracağam.

İndiisə istəyirəm ki, Lahıc misgərlik sənətnin tarixinə diqqətinizi cəlb edim.

Ənənəvixalq sənəti olan Lahıc misgərlik sənətinin inkişafnaı, onun daha genişareallara yayılmasına ciddi ehtiyac var. Azərbaycanın İsmayıllı rayonunun Lahıcqəsəbəsində ənənəvi xalq sənəti olan, misdən qabların və müxtəlif məhsullarınistehsalının tarixi çox qədimdir. Onu da vurğulayım ki, Lahıc misgərlik sənəti 2015-ci ildəYUNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxiledilmişdir.

LahıcMisgərlik sənətinin inkişafında ayrı-ayrı ustaların, ailə şəcərələrinin böyükrolu olub. Qədim çağlarda yaranan əsrlər uzunu formalaşan və böyük təkamül yolukeçən Lahıc misgərlik sənəti məşhur misgərlərin özləri və davamçılarıtərəfindən yaşadılıb. Məlumatlara görə, Lahıcın məşhur misgərlərindən olanƏliyevlər sülaləsi, ilk dəfə bu sənətə 1725-ci ildən başlayıblar. Sözsüz ki,onlara qədər də bu sənətlə məşğul olan sənətkarla, ustalar olub. Lakin onlarınadları tarixdə qalmayıb. Adları tarixdə qalmasa da, əllərinin sehrindən yarananyüzlərlə sənət incisi nəsildən-nəsiə ərmağan edilib.

LahıcMisgərlik sənətinin müxtəlif dövrlərdə daha yüksək səviyyədə inkişaf etdiyiniəldə olunan maddi-mədəniyyət nümunələrinin, etnoqrafik materialların timsalındagörə bilirik.

Ekspertlərəgörə, Lahıc Misgərlik sənətinin intibah dövrü XIX yüzilliklə bağlıdır.Məlumatlardan aydın olur ki, XIX əsrdən başlayaraq Azərbaycanda Lahıcmisgərliyin əsas mərkəzinə çevrilib. Həmin dövrdən başlanaraq Lahıcda küllimiqdarda məişət əşyası və ev avadanlığı hazırlanırdı. Buradakı məhsullar həmkeyfiyyət, həm də kəmiyyət baxımından o dövrün mərkəzi şəhərlərində hazırlananməişət əşyalarından heç də geri qalmayıb. Əksinə daha üstün olub. Beləolmasaydı ənənəvi xalq sənəti olan misgərlikdən söz açılanda ilk olaraqağlımıza Lahıc gəlməzdi. Tarixi mənbələrə istinad etsək deyə bilərik ki, XIX əsrin ortalarında Lahıcda 200-dəkmisgərlik emalatxanası fəaliyyət göstərib və burada onlarla çeşiddə misgərliknümunələri yaradılaraq yerli və dünya bazarına ixrac edilib. Lahıc ustalarınınəl işlərinə bu gün dünyanın istənilən muzeyində, şəxsi kolleksiyalarda rastgəlmək mümkündür.

XXəsrdə də Lahıc Misgərlik sənəti yaşadılıb. Lahıclı ustaların emalatxanasındayaranan bu əsrarəngiz nümunələr məişətin bəzəyinə çevirilib. Bu dövrdə dəlahıclı ustalar misgərlik sənətini davam etdirib, onu övladlarına ötürüb.

Lahıcmisgərlik sənəti XXI əsrdə özünün tamamilə yeni mərhələsinə qədəm qoyub.

Qeydedim ki, 2010-cu il aprelin 19-da Lahıcda "Misgər-tənəkəçi” kursu açılıb. İlkkursu Lahıcdan olan 12 nəfər gənc bitirib. Onlar qədim xalq sənətininsirrlərinə yiyələnərək bu sənətin əbədi yaşayacağına böyük ümidlər yaradıb.Deyək ki, bu təlimin rəhbəri həm də busənətin bilicisi olan Nəzər Əliyev olub. İlk kursu bitirən gənclərin bir çoxuLahıc Tarix-Mədəniyyət Qoruğunda işə düzəlib. Qalanları işə qəsəbədəki sexlərdəbu sənətlə məşğul olurlar. Yuxarıda vurğuladığım kimi 2015-ci ilin noyabrayında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına Lahıc misgərlik sənətitəqdim edilib və həmin ilin dekabrın 3-də bu sənət UNESCO-nun Qeyri-maddimədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Lahıcmisgərlik sənəti dekorasiyada, mədəniyyətdə, poçt markalarında daəbədiləşdirilib. Onu da deyim ki, Lahıc misgərlik sənəti 2014-cü ilin dekabrayında buraxılmış "Azərbaycan - Rumıniya birgə buraxılışı”na aid poçtmarkalarında təsvir olunubdur...

Layihəninnövbəti saylarında Lahıc misgərlik sənətininçağdaş nümayəndələri ilə görüşlərimizin, onların bu gün bu sənətinyaşadılması üçün göstərdikləri fəaliyyəti qələmə alacağam...

AdilAdilzadə

YazıAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunur