adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Aprel 2014 14:26
4392
GÜNDƏM

İslam Kərimovun qızına daha bir zərbə

Özbəkistanda prezident İslam Kərimovun hazırda evdustağı olan qızı Gülnarə Kərimovaya məxsus olan şirkətlər, zavodlar vədaşınmaz əmlak milliləşdirilir.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki,Özbəkistan hökumətinin qərarı ilə G.Kərimovaya məxsus olduğu bildirilən "CocaCola İchimligi Uzbekiston” zavodu milliləşdirilib və Dövlət Əmlakı Komitəsininbalansına verilib.

Özbəkistan hüquq-mühafizə orqanları G.Kərimovaya məxsus onlarla daşınmazəmlakın, butiklərin, binaların və restoranların da milliləşdirilməsi üçünsənədləri hazırlayır.

Xatırladaq ki, G.Kərimova bu ilin fevral ayında atasının mühafizəçiləritərəfindən döyülərək ev dustağı edilib. O, hazırda qızı ilə birlikdəDaşkənddəki mənzillərin birində saxlanılır və ətraf aləmlə əlaqəsi kəsilib.