adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Oktyabr 2019 12:19
16528
ƏDƏBİYYAT

İsi Məlikzadənin "Qatarda” kitabı təqdim olundu

Ötən günMilli Kitabxanada Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə çap olunmuş"İsi Məlikzadə. Qatarda” hekayələr kitabının təqdimat mərasimi keçirilib. KitabMədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Milli Kitabxananın birgətəşkilatçılığı ilə çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsi Məlikzadəninanadan olmasının 85 illik yubileyi münasibətilə nəşr edilib.

Təqdimatmərasimdə Yazıçılar Birliyinin rəhbərliyi, millət vəkilləri, tanınmışyazıçılar, ədəbiyyatşünaslar, İsi Məlikzadənin ailə üzvləri, oxucular və medainümayəndələri iştirak ediblər.

Tədbirigiriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov İsi Məlikzadənınyaradıcılığından, onun əsərlərinin dərin məzmunundan, dilinin sadəliyindəndanışıb. Direktor kitabın əhəmiyyətini xüsusilə qeyd edərək bildirib ki, gənc nəsilonun hekayə və povestlərini oxuyarkən onlarda yazıçı haqqında böyük təsəvvüryaranacaq.

AzərbaycanYazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar İsi Məlikzadəni 60-cı illər Azərbaycannəsrinin tarixində öz izini qoymuş yazıçı kimi qiymətləndirib, onun hekayələriniƏbdülrəhim bəy Haqverdiyevin hekayələri ilə müqayisə edib. O, çıxışındayazıçının əsərlərinin əsas mövzusunun Qarabağ mühitinə aid olduğunu, əsərlərininobrazlarını əyalətin sadə insanlarından seçdiyini, onların canlı obrazınıyaratdığını söyləyib: "Mən İsi Məlikzadəni bir dost kimi də xatırlayıram.O, həm bədii təfəkkürə malik, çox istedadlı, ağıllı, həm də bənzərsiz yumorhissinə malik olan insan idi. Həyatdan erkən köçməsinin bir səbəbi də Qarabağ dərdioldu. Qarabağın itirilməsi ona çox ağır təsir etdi. O bu dərdi sözdə, dildəyox, ürəkdən yaşayırdı. Təəssüf ki, biz bu cür aydın təfəkkürlü insanı çox tezitirdik. Yazıçılar Birliyinin təşəbbüsü ilə çap olunan bu kitab bizim ona olanmənəvi borcumuzun bir hissəsidir. Mənə elə gəlir ki, hələ yaxın gələcəkdəİsinin başqa əsərləri də çap olunacaq, ekranlaşdırılacaq. Və onun xatirəsi bizdostlarının, eyni zamandas azərbaycanlı oxucunun qəlbində əbədiyaşayacaq".

AzərbaycanYazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru jurnalistRəşad Məcid kitabın ərsəyə gəlməsilə bağlı məlumat verərək, bu işdə əməyi keçənhər kəsə öz təşəkkürünü bildirib. O, çıxışında İsi Məlikzadənin Ağcabədidəxatirə muzeyinin yaradılmasının vacibliyini xüsusilə qeyd edib.

Millət vəkili,yazıçı Aqil Abbas İsi Məlikzadənin şəxsiyyəti və yaradıcılığı barədə fikirlərinibölüşüb, əsərlərindəki sadə xalq danışıq üslublu dilin zənginliyindən söhbətaçıb.

Milli Məclisindeputatı, şair Tahir Rzayev ədibin "Qatarda” povestindən, Dadaşov obrazının koloritindəndanışıb və yazıçının "İki günün qonağı” povestində öz həyatını qələmə aldığınısöyləyib.

Filologiyaelmləri doktoru, professor Asif Rüstəmli kitab haqqında geniş danışaraq,bildirib ki, bu ad zamanın qatarı, həyatın qatarıdır. Professor çıxışında"Qatarda” kitabının nəşrinin İsi Məlikzadənin yubileyinə ən sanballı töhfəolduğunu və kitaba Rəşad Məcid tərəfindən səmimi, içdən gələn hisslərlə ön sözyazıldığını xüsusi qeyd edib: "Hər birimizin yaxşı tanıdığımız, bu kitabında adını aldığı hekayənin baş qəhrəmanı olan Dadaşov obrazında adi, sadəinsanın düşüncələri əks olunub. Onun hadisələrə, insanlara münasibəti özünəməxsusdur.Sanki əsərdəki balaca qatar kupesi böyük səhnəyə çevrilir. Və o səhnədə aktyortamaşaçı, tamaşaçı isə aktyor rolundadır. Bu kitab sübut edir ki, İsi Məlikzadəyaradıcılığının qatarı heç zaman dayanmayıb. Və nə qədər ki, Azərbaycan ədəbiyyatıvar, İsi Məlikzadə sadəliyi, səmimiliyi, cazibədarlığı hər zamanyaşayacaq".

AYB Ədəbiyyatfondunun direktoru Əjdər Ol çıxış edərək ədibin "Qırmızı yağış” əsərindən, işlətdiyiməcazların əhəmiyyətindən danışıb. O, bildirib ki, belə kitabların çapdanburaxılması gənc nəslin İsi Məlikzadə yaradıcılığına olan marağını daha daartıracaq: "Hər bir yazıçı əsərləri vasitəsilə öz dövrünün şəklini çəkir,ruhunu ifadə edir. İsi Məlikzadə də mənsub olduğu, yaşadığı dövrü əsərlərində güzgükimi əks etdirən, həmin dövrün daşıyıcısı, təmsilçisi olan sənətkardır. Ammabütün bunlarla yanaşı, onun toxunduğu mövzular hər zaman aktualdır".

Tənqidçi ƏsədCahangir çıxışında tədbirin əhəmiyyətini vurğulayaraq "Ədəbiyyat” qəzetində çapetdirdiyi "Qatarda keçən 30 il” məqaləsindən danışıb. Bildirib ki, İ.Məlikzadəninyaradıcılığında kənd mövzusu, torpağa sadiqlik əsas olub. Ədibi"realist-psixoloji yazıçı” kimi dəyərləndirən tənqidçi deyib: "İsi Məlikzadəninbu kitabının çapına bilavasitə təşəbbüs göstərdiyinə görə Azərbaycan YazıçılarBirliyi rəhbərliyi, özəlliklə də, Rəşad Məcidə və bu təşəbbüsü müsbətqarşılayıb, kitabın çapına verdiyi dəstək üçün Anar müəllimə təşəkkürümübildirirəm. "Qanun" nəşriyyatında işıq üzü görən "Qatarda"hekayələr kitabını yazıçının yeni nəsil oxuculara təqdimi yolunda konkret vəvaxtında atılmış bir addım kimi səciyyələndirmək lazımdır”.

Onun fikrincə,yazıçının nəsr dilinin folklordan və xalq ruhundan gələn təbiiliyi var ki, bədiiyaradıcılığa yeni başlayan gənclər ondan çox şey öyrənə bilərlər: "Bunu görməküçün onun bəzi hekayələrinin eləcə adına baxmaq yetərlidir: "Neçə ilinqonşuları", "Dağlarda quzu mələr", "Bu dağlar qoşadağlar"... Lakin əsas məsələ sadəcə başlıqlar yox, bu hekayələrin məzmunuvə ən ümumi ruhundadır. İsi Məlikzadə xalq deyimlərini bədii mətnə paltarınüstünə etiket kimi vurmur. O, öz hekayələrini 60-cıların bəziləri kimi yalnızmüəyyən bölgə üçün səciyyəvi olan dialektoloji elementlərlə yükləmək və bununlada "ağır oxunan" yazıçı olmaq iddiasından da uzaqdır. Ümumən hər cüraşırı sınırlara varmaqdan yan keçərək ədəbi dillə xalq dili arasında təbii vəideal tarazlığa nail olur. Onun nəsr dilinin əsas gözəlliyi və özəlliyibundadır. Bu anlamda o, qızıl ortanı ən yaxşı tutan nasirlərimizdən biridir. Buməsələdə hara qədər getmək və harda dayanmaq lazım olduğunu fitri dil duyumuözü ona diktə edir. İsi Məlikzadənin hekayələrinin əsas məkanı 60-90-cı illərinAzərbaycan kəndi, əsas qəhrəmanları sadə kənd adamları, şəhərdən kəndə gələnziyalılardır. Onun hekayələri müharibənin dağıntılarından çıxmış kənddəki güzəransorunlarının doğurduğu mənəvi aşınmalar, əxlaqi təbəddülatları bir güzgü kimigöstərir. Bəzən deyirlər ki, İsi Məlikzadə yalnız özünü yazıb. Əslində, bu,onun uğurudur. Çünki o, təkcə özünü yox, özündə olan insanların ümumiləşmişobrazını yaradıb. Bununla da İsi Məlikzadə həmişəlik ədəbiyyat faktına çevrilməyibacarıb".

Daha sonrakitabın redaktoru, şair və publisist Şahanə Müşfiq çıxış edərək bildirib ki,indiyə kimi İsi Məlikzadə yaradıcılığında bir sükut var idi, artıq keçirilənbelə tədbirlər bu sükutun pozulmasına səbəb oldu: "İsi Məlikzadəni"Qatarda" tele-tamaşasıyla tanıyıb, "Quyu" povestiyləsevib, digər əsərləriylə bağlanmışam. Amma etiraf etməliyəm ki, onu ən yaxşı şəkildəməhz sözügedən "Qatarda" kitabının toplanması, oxunması və redaktəsiprosesində öyrəndim. Baxmayaraq, təhsilim, sahəm və marağım etibarilə Azərbaycanədəbiyyatı, onun bir qolu olan İsi Məlikzadə yaradıcılığı hər zaman diqqətimdəolub. Amma düşünürəm ki, uzun illərdir bu adın və bu əsərlərin üzərində qəribəbir sükut var idi. Yazıçılar Birliyinin təşəbbüsü və dəstəyiylə çap olunan bukitab, İsi Məlikzadənin 85 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasıməhz bu sükutu aradan qaldırdı. Sürətli zamanda insanların qalın-qalınkitablar, uzun-uzadı romanlar oxumağa səbri və marağı qalmayıb. Məhz belə birdövrdə İsi Məlikzadənin kiçik hekayələrindən ibarət kitabı onu nəsildaşlarıma vəbizdən sonrakılara daha yaxşı tanıtmaq yolunda atılmış ən uğurlu addım hesabedirəm. Müəllifin dili, hadisələrə baxışı və onları anlatmaq tərzi o qədər sadə,rəvan, axıcıdır ki, insan ilk cümləyə başladısa, sonuncu cümləni tamamlamamışkitabdan ayrıla bilmir. Öz nəsildaşlarım adına bu gözəl kitaba görə YazıçılarBirliyinin sədri Anar müəllimə, təşəbbüskar Rəşad Məcidə ürəkdən təşəkkür edirəm".

Sonda ailəadından yazıçının qızı Xatirə Məmmədli çıxış edərək kitabın ərsəyə gəlməsində əməyikeçən hər kəsə öz minnətdarlığını bildirib: "İsi Məlikzadə ailədə də çoxgözəl insan idi. Necə ki, bu gün burada dəyərli söz adamları onun yaradıcılığıahaqqında xoş fikirlər səsləndirdilər, eləcə də ailə başçısı kimi ən gözəl sözlərəlayiqdir. Biz onun adına, əsərinə, fikrinə harda rast gəlsək çox sevinirik,atamın zəhmətinin dəyərləndirilməsindən xoşbəxt oluruq. Bu kitab da bizi son dərəcədəməmnun etdi, sevindirdi. Zəhməti olan hər kəsə təşəkkürümüzü bildirirəm. İsi Məlikzadənintezliklə Ağcabədidə Ev Muzeyinin yaradılmasını arzulayırıq".

Daha sonra tədbiriştirakçıları İsi Məlikzadənin əsərlərindən ibarət "İsi Məlikzadə - 85” adlı sərgiilə tanış olub və sərgi önündə xatirə şəkli çəkilib.