adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Iyun 2019 16:58
15392
ƏDƏBİYYAT

İşığa bələnmiş poeziya

Poetik topluların başqa bədii kitablardanfərqli cəhətləri var. Ən başlıca və diqqətçəkən məziyyət odur ki, bircə şeirlədə müəllifin poetik gücünü, iqtidarını görmək mümkündür. Bəzən bir şeir bütövbir yaradıcılığın, bir şair taleyinin poetık indeksinə çevrilir və bu uğurmüəllifə sənətkar etiketi qazandırır. Tutduğu vəzifə mövqeyindən, qazandığıtitullardan, fəxri adlardan asılı olmayaraq hər bir şair şeirindən, misrasındanboylanır. Şeirin bədii səviyyəsini ifadə edən elementlər sırasında başlıcaməharət müəllifin qələmə aldığı mövzuya yanaşmada öz baxış bucağını göstərəbilməsidir. Digər ədəbi janrlar kimi şeirdə də bədii ümumiləşdirmə səriştəsişairin yetkinliyinin, dolğun əsərlər yaratmaq bacarığının əyani təzahürüdür.Mahiyyət etibarı ilə ədəbiyyatda bütün mövzular işlənmişdir. Lakin istedadlıqələm sahibləri, "köhnə” mövzulara da öz poetik nəfəsi ilə yeni ruh verə bilir,məhz poetik ruhun canlılığı, təravəti şairin özünəməxsusluğunu şərtləndirənamillər sırasındadır.

Müasir poeziyamızda ənənəvi şeirininkişafına və bədii məziyyətlərinin yeni mahiyyət kəsb etməsinə, mənəvi-əxlaqidəyərlərin poetik vüsətlə qorunmasına özünəməxsus dəst-xəttlə, səmimi ovqatlaxidmət göstərən, Uca Tanrı sevgisinə tapınan, qəlbindəki sozun işığındayol gedən istedadlı şairlərdən biri Rəfiqə Qasımqızıdır.

O, axarlı-baxarlı Şəmkir rayonunun Çinarlı kəndində anadan olub.Bu torpağınhavasını udub, suyunu içib. Anasının ona çaldığı laylanın isığında böyüyüb. Böyükistiqlal sairi Əhməd Cavadın nəvəsi sayılır. Bəlkə bu torpağınsuyundandır ki, belə saf, təmiz ürəyi geniş, yurdsevər bir ziyalıdır, kövrəkqəlbli bir şairdir. İntellekti, kübarlığı, sadəliyi ilə el-obada, ziyalılararasında, qələm adamları arasında hörmət qazanıb. Elm sübut edib ki, insandakıbütün müsbət və mənfi xüsusiyyətlər genetik kodla ötürülür. Rəfiqə Qasımqızınınbütün gözəl keyfiyyətləri gendən, qandan gələndir. Onun bütün yaradıcılığındabu hiss olunur. Şeirlərində təkcə Şəmkir mahalını deyil, bütövlükdə anamızAzərbaycanın gözəlliklərini tərənnüm edir. Uzun illər əbədi-bədii yaradıcılıqlaməşğul olsa da, ədəbi imzası son onillikdə poeziyasevərlərin diqqətini cəlbedib. Bir çox mətbu orqanlarında şeirləri mütəmadi olaraq işıq üzügörür.

Rəfiqə Qasımqızının poetik dünyası səmimi, zərif və könül oxşayan duyğularlanaxışlanıb. Böyüdüyü doğma yurdu, ata ocağı olan Çinarlı kəndinə ünvanladığı"Çinarlıya gedən yollar” şeirinin hər misrasından səmimi və kövrək birşair ürəyi boylanır:

Hərdən dönür yuxulara,

Xəyalımdan itən yollar.

Mənim gözumdən başlayır,

Çinarlıya gedən yollar.

Xatirəmdə bir qızyaşar,

Gözlərində sevincgülər.

Hərdən səbri dolub-daşar,

Kədəri mənimləbölər.


Doğma yurd yerlərinə ithaf etdiyi şeirlərdən böyük vətənin ətri gəlir. Bu mənada"Seyfəlim” şeiri də maraqlı və könül oxşayan misralarla qolboyunolub.


Doymaram hüsnünün mənzərəsindən,

Güllü yamacından, dağ-dərəsindən.

Gözəl Şəmkirçayınbənd-bərəsindən,

Yayılan nəğməmin sözü,Seyfəlim.

Poeziya aləmindəelə şairlər vardır ki, onların istedadının mayası xalq təfəkkürününzənginliyindən qaynaqlanaraq, insanın arzusunu, ümidini, kədərini, sevincini,bütövlükdə mənəvi dünyasını rəvan, səmimi və aydın əks etməsindədir.


Onun poeziyasınınəsas mövzusu böyük Odlar diyarının gözəlliklərini, insanın daxili aləmininözəlliklərini, həmçinin ləyaqətli insan şəxsiyyətinin səmimi və obrazlıtərənnümü, bununla yanaşı, əzəmət və gözəlliyin, həssaslıq və qayğıkeşliyintəbliğidir.

Şairin əsərləribədii-ictimai siqlət, poetika baxımından nəzəri cəlb etməklə bərabər, həm dəməxsusi yaradıcılıq fəaliyyətinin zengin xüsusiyyətləri ilə də maraqdoğurur. Səmimi ahəngdarlığı, rəvanlığı ilə seçilən şeirləri vətəndaşlıq möhürüilə təsdiqlənərək, xalqın ruhunu oxşayan şair dəst-xəttini müəyyənləşdirir vəgeniş oxucu sevgisinin ünvanına çevrilir.

"İilmələnənarzular” kitabına toplanmış poetik nümunələr istedadlı şair düşüncəsininsənət müstəvisində əyaniləşməsidir. Rəfiqə Qasımqızının şair kimi fərdi yaradıcılıq manerasını səciyyələndirən önəmli xüsusiyyətonun vətəndaşlıq qayəsinin səmimiyyəti və dolğunluğudur. Şairin müxtəlifmövzularda yazılan şeirlərini səmimiyyət, həyat hadisələrinə fəlsəfi baxış,xeyirxahlıq duyğularının təbliği, saf sevgi kimi amillər birləşdirir. Bütün buməziyyətlər onun sözə məsuliyyətlə yanaşmasının nəticəsi olmaqla bərabər, həm bədiisözlə işləmək məharətinə yiyələnməsinə zəmanət verir.

Şairin ədəbiuğurunu şərtləndirən cəhətlərdən biri də onun qələmə aldığı mövzularınmahiyyətinə dərindən vara bilməsi, gördüyü problemlərin səbəbini sənətkar kimiaraşdırmasıdır. Milli-mənəvi dəyərlərimizə bağlılığı, milli özünüdərkmövzularına daha dərindən vaqif olması diqqətdən yayınmır. Onun şeirlərindəyalnız milli ağrılarımız göstərilmir, həm də bu bəlaları doğuran səbəblər bədiisənət güzgüsündə işıqlandırılır. Rəfiqə xanımın poetiknümunələrində insan, təbiət və zamanla bağlı fikir və düşüncələr təqdim olunanmahiyyətin mühüm tərkib hissəsi kimi üzə çıxır.

Vətən sevgisi,yurd məhəbbəti onun yaradıcılıq kredosunun əsasını təşkil edir. Özünəməxsusobrazlar yaratmaq bacarığı, sözü yerində və ustalıqla işlətmək məharəti,həmçinin sadə deyimlə zəngin poetik məna ifadə bilməsi onun sair xüsusiyyətiniəyaniləşdirir.

"Vətən” şeirisairin poetik mətləbinə güzgü tutur:


Deyirlər oğullar düşmən çəpəri,

Qızlar bəzəyidir, evin-eşiyin.

Oğullar göstərirdöyüş hünəri,

Ona əmanətdir, Vətən,keşiyin.


Cümləmin əvvəli, axırı vətən,

Dilimin müqəddəskəlməsi, sözü.

Hər iki ananın övladıyammən,

Anadır anama vətəninözü.

Rəfiqə Qasımqızının şeirlərinin önəmli məziyyətlərindən biridə insanın mənəvi dünyasının, hisslər, duyğular aləminin həssas və zərif ifadəolunmasıdır. Bu poetik nümunələrdə dərin və saf bir sevginin, hicran və həsrətqoxulu məhəbbətin səmimi tərənnümü diqqəti cəlb edir. Lirik qəhrəmanın yaşadığıduygularin ucalığını, qüdrətini daha parlaq və gözəl ifadə etmək üçünistifadə olunan bədii təsvir və ifadə vasitələrinin təravətli şairin poetikustalığının ehtivasıdır.

Şairin poetikəsərlərinin lirik qəhrəmanı öz müşahidə qabiliyyəti ilə diqqəti cəlb edir. Onunfərdi poetik siması, yalnız qələmə aldığı nümunələrin üslüb cəhətlərində deyil,həmçinin hadisələrə yanaşmasında, onları seçməsində və qiymətləndirməsində,lirik "eqo”nun əhval-ruhiyyəsini təravətli, həm də səmimi çalarlarla ehtivaetməsindədir.

Rəfiqə Qasımqızı Azəbaycan dilinin zəngin və rəngarəng təhkiyələrindən,bədii təsvir və ifadə vasitələrindən bacarıqla istifadə edərək, qələmə aldığımövzuların bədii həllini, poetik ümumiləşdirməsini özünəməxsus ovqatda təqdimedə bilir. Onun yaradıcılığında məxsusi bir məziyyət var ki, onu başqalarındanfərqləndirə bilir. Bu cəhəti şərtləndirən amil geniş və dərin mənada sadəlikdirvə bu sadəlikdə bədii zənginlik və müdriklik mövcuddur. Onun şeirlərininməğzini təşkil edən dərin və poetik ictimai məna sənətkarlıq xüsusiyyəti kimiböyük yaradıcılıq səciyyəsi daşıyır.

Şairin lirikasındahəsrət və qəm motivlərinin yeknəsəkliyi, sentimental notlar, gərəksiz pafos heçvaxt duyulmur. Kitabdakı şeirlərində insan ləyaqətinin tərənnümü, həmçininxeyirxahlıq, nəciblik, əzəmət və gözəllik duyğularının bədii müstəvidə səmimitəbliği, bütövlükdə yaradıcılığına dərin ictimai-fəlsəfı mündəricə gətirir.

Bu poetiknümunələri mövzusundan asılı olmayaraaq daxili bir bədii məntiq, ümumi bir mənabirləşdirir. Rəfiqə xanımın şeirlərində insana inam və etibar motivigüclü olduğu üçün, bu məziyyət şeirlərinin bədii siqlətinə nikbin əhvali-ruhiyyə,işıq və hərarət qatır.

Rəfiqə Qasımqızının rəvan və təbii üslubu, şeirlərinin vəzn,bölgü, qafiyə və poetik strukturun digər elementlərindən məharətlə istifadəetmək bacarığı onun sənətkarlıq yetkinliyini şərtləndirən keyfiyyət kimi önəmlisəciyyə daşıyır. Poetik yükündən bədii mahiyyətindən asılı olmayaraq, Rəfiqəxanımın bütün şeirlərindən iman ətri gəlir, halallıq qoxusu duyulur. Bu şeirlərdəinsanın insanlar qarşısında, bəşəriyyət qarşısında insanlıq borcunun vələyaqətinin vicdanla, ədalətlə, namusla icrası məsələsinə böyük diqqət verilir.Bu xüsusiyyətlər onun şeirlərinə ictimai dərinlik, geniş vüsət və məzmunbütövlüyü gətirir. Rəfiqə xanımın bir çox şeirlərinin ifadə tərzindəkiməxsusilik, fıkrin misra-misra incələnməsindən yaranan dolğunluq, incə lirizm,sakit və təmkinli ahəng, bədii-ictimai düşüncələrin doğurduğu poetik sanbalonun yaradıcılıq fərdiyyətinin keyfiyyət göstəricisidir.

Məlumdur ki, lirikəsərlərdə yenilik ruhu o vaxt diqqət kəsb edir ki, orada həyati müşahidə bədiimaterialın, poetik obyektin yeni cizgilərinə, görünməmiş tərəflərinə nüfuzetmiş olur. Rəfiqə Qasımqızının şeirlərində ictimai, mənəvi, əxlaqi tamlıq və vətənpərvərlikmövzusu geniş yer tutur və onun dünyagörüşünün, bədii-estetik idealınınmüəyyənləşməsində, formalaşmasında əhəmiyyətli rol oynayır. Bu poeziyanın ənsəciyyəvi xüsusiyyətlərindən biri onun müasirliyidir, yəni şair müasirhəyatımızın təzadlarını, onun insanlara səadət bəxş edən məqamlarını və eynizamanda, insanları əzab məngənəsində sıxan anları poetik məzmunda ehtivaedərək, onu yeni-yeni məna çalarları ilə zənginləşdirir.

Rəfiqə Qasımqızının şeirlərində bədii dilinin millikoloriti qüvvətli olduğu üçün böyük maraq doğurur. Bu cəhət şeirlərinmövzusunda, mütəmadi müraciət olunan qoşma janrının ahəng və ritmində, bədiitəsvir vasitələrində nəzərə çarpır. Şairin "Kimisən” rədifli qoşması bu janrınimkanlarını sərgiləyən nümunə kimi səciyyəvi mahiyyət daşıyır.


Payızda solanda bağçalar, bağlar,

Göy üzünü örtənbuludlar ağlar.

Yadıma düşəndə o gözəlçağlar,

Uzaqdan səslənənharay kimisən.


Yağışdan qıvrılar ağca tellərin,

Qarı səpələyər əsənyellərin.

İtib axarında keçənillərin,

Daşları köhnələnsaray kimisən.


O, insan mənəviyyatının qüdrət və gözəlliyini tərənnüm edəndə də, doğma yurduvəsf edəndə də, elin adət-ənənələrindən yazanda da kolorit zənginliyi diqqəticəlb edir. Şairin qızına yazdığı şeir poetik təravəti, səmimi ovqatı iləseçilir:

Hər qız gözəl olur gəlin köçəndə,

Beyazlıq gəlininyaraşığıdır.

Üzündə yaranan zəriftəbəssüm,

Paklığın ismətləqarışığıdır.


Yaxşı yol, qədəmin mübarək olsun,

Qızıl bəxtinolsun, taxtın olmasın.

Evinin hər küncü səs-küylədolsun,

Sənin darıxmağavaxtın olmasın.

Şair bəzən birbənddə lakonik poetik detallarla oxucu xəyalında orijinal lövhələr canlandırabilir. Onun bir sıra şeirlərində mürəkkəb psixoloji vəziyyətlər, anlar vəduyğular, hisslər aləmi çox zərif və dəqiq ifadəsini, bədii həllini tapmışdır.O, bədii dilin estetik gözəlliyinə, emosionallığına məsuliyyətlə yanaşaraq,məzmuna uyğun forma rəngarəngliyindən səriştəylə istifadə etməyi bacarır. Rəfiqəxanımın yaradıcılığında mənəvi-əxlaqi zənginliyin harmoniyası vardır.

Bu mənada o, daiminkişaf edən həm forma və məzmun əlvanlığı, həm də poetika baxımındankamilləşən parlaq bir istedadın sahibidr.

Bəllidir ki, bədii sənətin gücü böyükideyanın, dəyərli fikrin obrazlı təcəssümündə, səmimi və təravətliehtivasındadır. Bu keyfiyyətlər qələm sahibindən bədii-sözün məna çalarlarını,dilin incəliklərini duymağı, poetik obrazlar sistemində əsərin forma və məzmunvəhdətini yaratmağı, sənət qarşısında daim məsuliyyət hissini qorumağı tələbedir. Bütün bu məziyyətlər şair Rəfiqə Qasımqızının yaradıcılığında öz əksini tapmışdır.

lmələnən arzular şeirlər toplusunu şairin ədəbi uğuru, yaradıcılıq nailiyyəti kimisəciyyələndirmək olar.


BALAYAR SADİQ