adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Avqust 2014 11:08
4656
DÜNYA

İŞİD qadın polisi yaradır

"İslam Dövləti”(İŞİD) döyüşçüləri qadınlardan ibarət Əl-Xansa briqadasını yaratmaq qərarınagəlib. Adalet.az xarici mətbuata istinadənbildirir ki, Məhəmməd peyğəmbərin ilk davamçılarından olan məşhur şairəninadını daşıyan briqadadakı qadınlar polis işçiləri olmaqla yanaşı, Raqqadaqadınların İslam qanunlarına uyğun davranmalarına nəzarət edəcək. Raqqada gəzənsilahlı qadınlar istədikləri zaman küçələrdə qadınları saxlayıb sorğu-sual edəvə ya onların üzərində yoxlama apara bilərlər. Onların eləcə də küçədə gəzən vəya maşında olan qadınların yanlarındakı kişilərin ailə üzvü olub-olmadığınıaraşdırmaq ixtiyarı olacaq.

Qeyd edək ki, İŞİD-in qadın üzvləri sosialmedia vasitəsilə yeni dəstək qrupları təşkil edir, təcrübələrini bölüşür, yenidostlar tapırlar. Yeni üzvlərə isə nə etməli olduqlarını və nə ilə üzləşə biləcəkləriniöyrədirlər.