adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
23 May 2017 11:07
9661
SİYASƏT

İŞİD Mançesterdəki partlayışa görə məsuliyyəti üzərinə götürüb

İŞİD terror qruplaşması İngiltərənin Mançester şəhərindəki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Adalet.az Trend-ə istinadən xəbər verir ki, Mançester polisi də hadisəni terror aktı kimi dəyərləndirib.

Partlayış konsert zalından kənarda - foyedə baş verib.

Qeyd edək ki, bu gecə "Mançester Arena”stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50 nəfər xəsarət alıb.