adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Oktyabr 2016 19:06
6034
DÜNYA

İŞİD 550 ailəni girov götürdü

İraqın Mosul şəhərinə nəzarət edən "İslam dövləti” yaraqlıları yaxın kəndlərdən 550 ailəni girov götürərək onlardan "canlı sipər” kimi istifadə edirlər.

Adalet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsanhaqları üzrə idarəsinin mətbuat katibi Ravina Şamsadani bildirib.

Onun sözlərinə görə, girov götürülənlər Mosul yaxınlığındakı yaşayış məntəqəsinin yerli sakinləridir.

Mosul "İslam dövləti” yaraqlılarının nəzarət etdiyi son İraq şəhəridir. İŞİD-in paytaxtı Rakka şəhəri Suriyada yerləşir.