adalet.az header logo
  • Bakı -°C
08 Mart 2026 11:42
79
DÜNYA
A- A+

İsfahana zərbələr endirilib, ölənlər var

ABŞ və İsrail İranın İsfahan şəhərində yerləşən istehsalat sexi və atçılıq klubuna hava zərbələri endirib.

Adalet.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İsfahan vilayət rəhbərinin təhlükəsizlik üzrə müavini məlumat verib.

Bildirilib ki, hücum nəticəsində 11 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Rəsmi şəxs qeyd edib ki, yeni zərbə dalğası zamanı İranın ümumilikdə səkkiz şəhəri hədəfə alınıb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hücumlar nəticəsində İranın ali rəhbəri Əli Xameneinin öldürüldüyü bildirilib. Bu məlumat İranda martın 1-də rəsmi şəkildə təsdiqlənib.

Bundan sonra İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında yerləşən hərbi bazalarının da zərbələrə məruz qaldığı bildirilir.