ISESCO Şuşada geniş heyətlə işə başladı
Qərbi Azərbaycan İcmasının təşkil etdiyi beynəlxalq konfransın son paneli keçirilib.
Adalet.az xəbər verir ki, mədəni irsin bərpası və qorunması mövzusuna həsr olunan panelin moderatoru Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov olub.
Paneldə Qərbi Azərbaycanda ermənilərin məhv etdiyi abidələrlə yanaşı, 30 illik işğal dövründə Qarabağda vandalizmə məruz qalan mədəni irs nümunələrindən bəhs edilib.
ISESCO-nun İnsan və Sosial Elmlər Sektorunun Rəhbəri Ramata Almamy Mbaye çıxışında qeyd edib ki, İSESCO Şuşadakı irsin qiymətləndirilməsi üçün geniş heyətlə işə başlayıb. O, həmçinin Azərbaycanda keçirilən COP29-da ISESCO-nun bu istiqamətdə çıxışlar etdiyini vurğulayıb. Ədalətin bərpa edilməsi naminə bu addımın zəruri olduğunu vurğulayan sektor rəhbəri çıxışının sonunda Qərbi Azərbaycan İcmasının fəaliyyətinə uğurlar arzu edib.
ABŞ prezidentinin İncəsənət üzrə Məsləhət Komitəsinin üzvü, professor Şahid Əhməd Xan, Avropa İnkişaf və Tədqiqat Akademiyasının müəllimi dr. Aişa Başa, Haşimi Universitetinin Kraliça Rania adına İrs fakültəsinin professoru Mohammed Vahib Hüseyn və Buxarest Bələdiyyəsi, Böyükşəhər Kitabxanası, nadir kolleksiyalar şöbəsinin kuratoru Nikoleta Zaqura da mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Digər Xəbərlər
18 Fevral 2026 09:00
AQİL ABBAS: "MƏNƏ GÖRƏ, AĞDAMIN QOXUSU RƏMİŞ, SƏXAVƏT VƏ QƏDİRDİR" - VİDEO
17 Fevral 2026 15:31
Azərbaycanda rejissorun həbsi istənildi
16 Fevral 2026 20:06
Döyüşçü güllə altında Məmməd Səfaya niyə zəng etmişdi? - VİDEO
16 Fevral 2026 20:01
Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olundu
16 Fevral 2026 17:15
“Baba Vəziroğluyla heç bir problemim yoxdur, qırx ilin dostuyuq...” – Şeyx Əbdül
16 Fevral 2026 11:23
Aktyor: “Qorxmursuz balalarınızın gələcəyindən”?
16 Fevral 2026 09:24
Arzu Əliyeva bədii-yaradıcılıq gecəsində - VİDEO
14 Fevral 2026 16:24


Bakı -°C

