İşə düzəltmək vədi ilə 12 min manatlıq dələduzluq etdi
Naxçıvanda işə düzəltmək vədi ilə dələduzluq edən şəxs saxlanılıb.
Adalet.az verir ki, Naxçıvanda vətəndaşları işlə təmin etmək vədi ilə aldadaraq pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı Əsgər Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, Ə.Quliyev özünü “Tural” adı ilə müxtəlif qurumlarla əlaqəli şəxs kimi təqdim edərək işlə təmin olunma vədi verib. Bu yolla o, vətəndaşlardan ümumilikdə 12 000 manata yaxın pul vəsaitini ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Qeyd olunan əməllərdən zərər çəkmiş digər vətəndaşlar varsa, ərazi üzrə polis orqanlarına müraciət edə və ya “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
Digər Xəbərlər
06 Noyabr 2026 17:00
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edildi
06 Noyabr 2026 14:35
Kameraları sındırıb oğurluq etdi - Saxlanıldı
06 Noyabr 2026 10:35
Cinayətdə şübhəli bilinən 67 nəfər tutuldu
06 Noyabr 2026 09:21
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi
05 Noyabr 2026 12:38
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı
04 Noyabr 2026 18:00
Evli qadını şantaj edib pulunu aldı – Direktor müavininin gizli EŞQ DRAMI
04 Noyabr 2026 10:07
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanıldı
03 Noyabr 2026 17:07


Bakı -°C

