adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Iyun 2019 14:36
11629
MƏMLƏKƏT

“İrəli” yenidən “Marş İrəli” hərbi-vətənpərvərlik düşərgəsini həyata keçirəcək

"İrəli” İctimai Birliyi və Azərbaycan RespublikasıGənclər Fondunun birgə təşkilatçılığı ilə "Marş İrəli” layihəsi həyata keçiriləcək.

"İrəli” İctimai Birliyi artıq 2-ci dəfədir ki, açıqhava şəraitində hərbi-vətənpərvərlik düşərgəsi keçirir. "Marş İrəli"layihəsinin ana məqsədi müharibə şəraitində yaşayan dövlətin gənclərinin vətənpərvərruhda yetişməsinə dəstək verməkdir. Vətənpərvərlik ruhunda böyüyən gəncliyin ərazibütövlüyümüzün təmin olunmasına və qorunmasına hər an hazır olması və özünühazır hiss etməsi layihənin qarşıya qoyduğu əsas hədəflərdəndir. Eyni zamandamüharibə şəraitində yaşayan ölkə olaraq gənclərin vətənə, xalqa, millətə bağlılığınınartırılması, vətənpərvərlik ruhunun aşılanması, informasiya müharibəsində gənclərinyaxından iştirakının təmin olunması, onların asudə vaxtının səmərəli təşkiledilməsi ilə ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaq da layihəninqarşısına qoyduğu əsas hədəflərdən biridir.

Layihə haqqında fikirlərini qeyd edən "İrəli” İctimaiBirliyinin sədri MirHəsən Seyidov bildirib ki, müharibə vəziyyətində olan dövlət kimi gənclərləbirlikdə hər zaman müəyyən təbliğat işləri aparılmalıdır. Çünki hazırda hərbiçilərləyanaşı, daha bir "döyüşçü" qüvvəsi var. Böyük bir gənc kütlə vardırki, biz onları doğru istiqamətə yönləndirməli, istər silah, istərsə dəinformasiya müharibəsi haqqında məlumat bazasını genişləndirməli, məlumatlandırmalıyıq.Sayca 2-ci dəfədir həyata keçirəcəyimiz MARŞ İRƏLİ layihəsinə maraq yetərincəböyükdür.

"İrəli” İctimai Birliyinin təşəbbüsü ilə10 günəyaxın müddət ərzində keçiriləcək layihədə gender bərabərliyi qorunmaqla 17-25yaş arasında 150-yə yaxın respublikanın müxtəlif regionlarından müsahibə yoluilə seçiləcək gənclər iştirak edəcək. Bu gənclər layihədə iştirak əsnasındaaktiv fiziki tapşırıq və oyunlarda həqiqi hərbi xidmətə öncədən hazırlaşacaq,fiziki dözümlülüyünü artıracaq, keçirilən motivasiya xarakterli görüşlər,seminarlar, simulyasiya oyunlarında mənəvi olaraq möhkəmlənəcək və xüsusi təlimmodulları vasitəsi ilə daha çox maariflənə biləcəklər.Belə ki, kəşfiyyatbölüyünün maneələri dəf etməsi, hündürlükdən tullanma üsulları, düşmən səngərinəhücum edilməsi təlimləri təcrübi olaraq göstəriləcək. Eyni zamanda təlimiştirakçılarına ocaq əldə etməyin qaydası və qida əldə etmə üsulları haqqında məlumatveriləcək. Taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya,komandir hazırlığı və digər hərbi hazırlıqlar da layihə çərçivəsində həyatakeçiriləcək fəaliyyətlərə aiddir. 2018-ci ildə keçirilən layihədə iştirak haqqıqazanmış gənclər yenidən layihədə iştirak edə bilməzlər.

Layihə çərçivəsində gənclər ekstremal şəraitdəqalaraq bir sıra sosial və idman fəaliyyətlərində yer alacaq, onlara peşəkarmütəxəssislərin iştirakı ilə müxtəlif təlim - məşq toplanışları, fiziki və əqlitapşırıqlar, ekspert və qonaqlarla görüşlər və müzakirələr təşkil ediləcəkdir.Həmçinin, gənclər bir sıra fiziki, psixoloji və sosial fəaliyyətlərə cəlbolunacaq, nizam - intizamlı, bilikli və bacarıqlı bir vətəndaş kimi formalaşmaqyolunda təkan əldə edəcəklər. Hərbi simulyasiya formatında keçiriləcək düşərgəgənclərə hərbi mühitin aşılanması, onlarda milli ruhun formalaşması, həmçinin,fiziki və mənəvi möhkəmlənməsinə şərait yaradacaqdır.