adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Noyabr 2017 16:28
11914
MƏMLƏKƏT

“İrəli” İntellektual regional turnirlərə davam edir

10-11 noyabr2017-ci il tarixində "Azərbaycan İntellektual Birİncisi” layihəsinin İsmayıllıvə Şəki regional turnirlərinin açılış mərasimi olub. Azərbaycan Respublikasının Dövlət Himni səslənibvə daha sonra "İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov çıxış edib. Sədrnitqində dövlətin gənclərə göstərdiyi dəstəkdən, həmçinin gənclərinintellektual biliyinin artırılması üçün atılan addımlardan bəhs edib.

11.11.17 tarixində "Azərbaycan İntellektual Birİncisi” layihəsininİsmayıllı, Ağsu, Qobustan şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Dağlıq Şirvan üzrəregional turnir keçirilib.


İsmayıllı rayonunda keçirilən regional seçimturunda "Xəmsə”, "Nə? Harada? Nə zaman?”, "Axtar tap” intellektual oyunlarındaİsmayıllı rayonu, "Vətəni tanı” intellektualoyununda Qobustan rayonunun gənc intellektualları qalib olublar.

12.11.17 tarixində "Azərbaycan İntellektual Birİncisi” layihəsinin Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala şəhərvə rayonlarının gənc intellektuallarınıniştirakı ilə Şəki-Zaqatala üzrə regional turnir keçirilib.


Şəki şəhərində keçirilən regional seçimturunda "Axtar tap”, "Vətəni tanı” intellektual oyunlarında Balakən, "Xəmsə” intellektual oyununda Qax, "Nə? Harada? Nə zaman?” intellektual oyunundaŞəki şəhərinin gənc intellektualları qalib olublar.

Gənclərinintellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik vəbacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi vəbeynəlxalq intellektual yarışlara rəqabətədavamlı gənclərin hazırlanması layihəninəsas hədəflərindəndir.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqəqazanıblar.

Birliyin mətbuat xidmətindən verilən məlumata əsasən "Azərbaycan İntellektual Birİncisi” layihəsiartıq ikinci ildir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinindəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.


Gənclərin maarifləndirilməsinə istiqamətlənənvə 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nəzaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutacaq"Azərbaycanın İntellektual BİRincisi" layihəsi çərçivəsində 62 rayon, Naxçıvan Muxtar Respublikası dadaxil olmaqla 70 rayondan 1400 nəfər gəncin iştirakı gözlənilir. Hər rayon 18 nəfərlikkomanda ilə çıxış edəcək. Layihə zamanıregional turnirlər Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir,Sabirabad, Şəki, Lənkəran rayon və şəhərlərində inşa olunmuş Gənclər Evi və GənclərMərkəzində keçirilir.

"Azərbaycanınİntellektual Birİncisi” layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevinxatirəsinə həsr olunub və Bakıda keçirilməsi planlaşdırılır.