adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Sentyabr 2019 12:58
13555
MƏMLƏKƏT

“İrəli” İB-nin SAY layihəsi gəncləri birləşdirir, komanda yaradır

"İrəli” İctimai Birliyi tərəfindənuzun müddətdir davam edən SAY hərəkatının növbəti "SAY:Unity" layihəsibaş tutub.

Açıq hava şəraitində qurulan yaşayış çadırlarındaqalan iştirakçılar gənclərlə iş üzrə aparılan inkişafetdirici fəaliyyətlərin cəmiyyətüçün rolu və gələcəkdə onlara nə kimi imkanlar yarada biləcəyi haqqında daha ətraflıməlumatlar əldə ediblər. Ümumilikdə layihə çərçivəsində gənclərə vahid komandahalında işləmək, komanda quruculuğu, komanda əhval-ruhiyəsinin artırılması istiqamətləriüzrə təlimlər keçirilib. Komanda quruculuğu haqqında danışılarkən "Effektiv komandanın səciyyəvi xüsusiyyətləri,Komandanın inkişafı və birliyi, Konstruktiv Kommunikasiya” haqqında ətraflıolaraq layihə iştirakçılarına məlumatlar verilib.

"İrəli” gənclərinin təşəbbüsü nəticəsində baş tutan"SAY: Unity” layihəsi "İrəli” İctimai Birliyinin SAY hərəkatı adı altındakeçirdiyi sayca 8-ci layihədir. Azərbaycanın Quba rayonunda baş tutan layihədə50-ə yaxın gənc iştirak edib.

Layihə çərçivəsində Azərbaycanın atributlarınıözündə əks etdirən 6 komanda ("Alov”, "Muğam”, "Kəpəz”, "Nar”, "Qobustan” və"Xarı Bülbül”) müxtəlif fəaliyyətlər üzrə bir-biri ilə mübarizə aparıblar.

Maarifləndirici əhəmiyyət daşıyanbu layihənin produktiv olması əsas məqsəd olub və çərçivəsində praktiki sessiya: komanda təqdimatları baştutub və bir neçə fərqli istiqamətlər üzrə komandalar yarışıblar. Layihəninnövbəti günlərində Hiking və həmrəylikoyunları keçirilib. Eyni zamanda ip dartma, Voleybol və futbol yarışıkeçirilib, praktiki sessiyada komandalar hazırladıqları rəqsləri təqdim ediblər.

Düşərgə müddətində "İrəli” İctimaiBirliyin sədri MirHəsən Seyidov gənclərlə birlikdə olub və öz çıxışındakomanda halında işləməyin, birlik olmağın vacibliyini vurğulayaraq gənclərləmüxtəlif müzakirələrdə iştirak edib. "Ölkə başçısı hər zaman gəncləri qətiyyətlədəstəkləyir. Dövlət siyasətinin əsasında gənclərin milliruhda, vətənpərvər, təhsilli və sağlam gənc kimi yetişməsi ana məqsəddir. Gənc kadrların yüksək vəzifələrə təyinolunması, istedadlı gənclərimizin ölkəmizdə və xaricdə qazandıqları nailiyyətlər,Azərbaycanı uğurla təmsil etməsi məhz uğurlu dövlət gənclər siyasətinin bariznümunəsidir”-deyə, sədr bildirib.

Qeyd edək ki, "İrəli” İctimai Birliyi bundan öncədə hər il "SAY: Support of Azerbaijan Youth” hərəkatı adıaltında "SAY:Könüllülük Akademiyası”, "SAY: Green”, "SAY:Multikulturalizm”,"SAY:Volunteering Festival”, "SAY:Solidarity”, "SAY:All Star” və "SAY:Cümhuriyyət” kimi böyük layihələri həyatakeçirib və 500-ə yaxın gənci öz ətrafında toplayıb.