adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Mart 2020 15:13
12266
MƏMLƏKƏT

“İrəli” İB “TətildəOxu” kampaniyasına və onlayn info-sessiyaya start verir

"İrəli” İctimai BirliyiCOVID19 pandemiyasının sürətli şəkildə yayılması və təhsil müəssisələrinin fəaliyyətininbir müddətlik dayandırılması, bayram tətilinin başlamasını nəzərə alaraq "TətildəOxu”kampaniyasına start verir.

Birliyin əsas məqsədi gənclərarasında mütaliəni artırmaq, asudə vaxtlarını səmərəli keçirməyə təşfiq etmək vəkitab oxumağı vərdişə çevirməkdir.

Kampaniyaya qoşularkən tətilmüddətində oxunulan kitabın adı, yazarı və mövzusu ilə bağlı məlumat verərəkchallange dostlara ötürülür. Bu həştəqlərdən istifadə edərək kampaniyaya dəstəkola bilərsiniz:#TətildəOxu#ireli2020#Azerbaijan.

Qeyd edək ki, "İrəli”İB hazırda gündəmdə olan və ölkə səviyyəsindəsosial izoliyasiya tədbirlərinin nəticəsi olaraq bir çox tədbirlərin formatınıdəyişərək onlayn şəkildə davam etdirəcək.İlk onlayn info-sessiya "Sağlam Düşüncə” Gənclər Təşkilatının(SDGT) Beynəlxalq əlaqələr üzrə koordinatoru vəErasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu üzrə Azərbaycanda RəsmiMəlumatMərkəzinin Koordinatoru Ramiz Əliyev tərəfindən Erasmus+ və European SolidarityCorps-la bağlı olacaq və bu gün saat 19:00-da BirliyinFacebook səhifəsində canlı yayım baş tutacaq.