İraqın şimalında iki türk hərbçisi həlak olub
İraqın şimalında yerləşən Haftanin rayonunda PKK terror qruplaşmasının minaatanlardan hücumu nəticəsində iki türk hərbçisi həlak olub, daha ikisi isə yaralanıb.
Adalet.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, terrorçuların bu rayonda müəyyən edilən 4 mövqeyinə hava zərbələri endirilib.
Qeyd edilir ki, hava zərbələri nəticəsində 8 PKK terrorçusu zərərsizləşdirilib.
Digər Xəbərlər
28 Aprel 2024 15:13