adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
09 Mart 2017 09:20
6263
DÜNYA

İraqda toyda törədilən iki partlayışda - 30 nəfər ölüb - YENİLƏNİB

İraqın Tikrit şəhəri yaxınlığında toy mərasimində baş verən iki partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb, 26 nəfər yaralanıb.

Adalet.az-ın  RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 23 nəfərin öldüyü bildirilirdi.

Hadisə Tikrit şəhərindən 20 km şimalda yerləşən Həccac kəndində baş verib. Partlayışların iki terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

***

İraqın Tikrit şəhəri yaxınlığında toy mərasimində bir-birinin ardınca iki partlayış baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 23 nəfər ölüb.
İlkin məlumata əsasən, partlayışlar terrorçu-kamikadzelər tərəfindən törədilib.
Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.