adalet.az header logo
  • Bakı -°C
09 Oktyabr 2026 14:19
74
ŞOU-BİZNES
A- A+

İranlı rejissor Handeni baş rol seçdi

Məşhur türkiyəli aktrisa Hande Erçelin yeni film layihəsi bəlli olub. 

Adalet.az xəbər verir ki, 33 yaşlı aktrisa Nader Saeivarın rejissorluğu ilə Almaniyada çəkiləcək "Diaspora" filmində baş rolu canlandıracaq.

Filmdə Hande Erçel, Türkiyədə ərini itirdikdən sonra 12 yaşlı oğlu ilə birlikdə Almaniyaya köçən "Merve" obrazını canlandıracaq. Alman, ingilis və türk dillərində çəkiləcək filmin çəkilişlərinə 2027-ci ilin ilk aylarında başlanılması planlaşdırılır.