İranlı narkotacirlərin kuryeri saxlanıldı
İranlı narkotacirlərin ölkəmizdəki növbəti narkokuryeri saxlanılıb.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1996-cı il təvəllüdlü Abşeron rayon sakini İlqar Kərimli saxlanılıb.
Həmin şəxsdən külli miqdarda 2 kiloqram 355 qram narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs heroini sosial şəbəkələrdə tanış olduğu “Həsən” adlı İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib.
İ.Kərimli barəsində araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
18 Mart 2026 19:16
Axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olundu
18 Mart 2026 16:20
16 yaşlı arvadını boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
18 Mart 2026 15:52
Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
18 Mart 2026 12:43


Bakı -°C

