İranlı generalın dəfn mərasimində 32 nəfərin öldüyü təsdiqlənib
İranın cənub-şərqində yerləşən Kirman vilayətində keçirilən iranlı generalın dəfn mərasimində bir qrup insan həlak olub.
Bunu İranın Təcili Yardım Təşkilatının sədri Pirhüseyn Kulivənd deyib. Bu barədə Adalet.az təşkilatın informasiya portalına istinadən məlumat verib.
P.Kulivəndin sözlərinə görə, izdiham nəticəsində yaralananlar təcili yardım maşınların ilə müalicə mərkəzlərinə çatdırılıblar.
Kulivənd əlavə edib ki, hadisənin baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, təsdiqlənməyən məlumatlara əsasən 32 nəfər həlak olub, 190 nəfər yaralanıb.
Digər Xəbərlər
28 Aprel 2024 21:30