İranlı general: “Fələstin torpaqlarını azad edəcəyik”
Əgər İsrail İrana hücum edərsə, İran da əks-hücumla İsraili məhv edəcək.
Adalet.az "Reuters”ə istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu komandirinin müavini, briqada generalı Hüseyn Səlami ötən həftə İsrailin Suriyadakı İran hərbi obyektlərinə hava zərbələrilə əlaqədar bu cür xəbərdarlıq edib.
Bildirib ki, İsrailə hücum zamanı İran düşmən ölkəni dağıtmaqla kifayətlənməyəcək və işğal edilmiş Fələstin torpaqlarını da azad edərək öz sahiblərinə - Fələstin xalqına qaytaracaq.
"Elan edirik ki, əgər İsrail bizə qarşı müharibə aparmaq üçün hansısa fəaliyyətə keçsə, bu, onun öz məhvinə və işğal edilmiş Fələstin torpaqlarının azad edilməsinə aparıb çıxaracaq” – iranlı general bəyan edib.
Digər Xəbərlər
28 Aprel 2024 22:10
İraq eynicinsli münasibətlərə görə nəzərdə tutulan qanunu qəbul etdi
28 Aprel 2024 21:46Minə yaxın Tacikistan vətəndaşı Moskva hava limanlarında çətin vəziyyətdə qaldı
28 Aprel 2024 21:20Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
28 Aprel 2024 20:57Tiflisdə müxalifət yenidən mitinq keçirir
28 Aprel 2024 20:44