adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Aprel 2014 15:50
15788
KRİMİNAL

İranla sərhəddə atışma-4 ölü

İran-Azərbaycan sərhədində baş verən silahlı insident zamanı 4 nəfər öldürülüb. 
APA-nın verdiyi xəbərə görə, hadisə aprelin 21-də gecə saatlarında İranın Ərdəbilvilayətinin Biləsuvar şəhərinin Xoruzlu kəndində baş verib.   Yerli sakinlərnaməlum şəxslərin İran-Azərbaycan sərhədindəki posta hücum etdiklərini və tərəflərarasında silahlı qarşıdurma baş verdiyini bildiriblər. Onlar da həmin 4 nəfərinposta hücum zamanı öldürüldüyünü ehtimal edirlər. Bunlardan birinin polis əməkdaşı,o birinin əsgər, digər ikisinin mülki şəxslər olduğu vurğulanır. Ölənlərinyerli azərbaycanlılar olduqları qeyd edilir.   Hazırda İran polisi və təhlükəsizlikqüvvələri hadisə yerində araşdırma aparır. Hökumət 4 nəfər yerli sakinin ölüm səbəbiilə bağlı hələlik rəsmi açıqlama verməyib.