İranın İsrailə kütləvi hücumu nəticəsində ölənlərin sayı 5-ə çatıb – YENİLƏNİB
İranın İsrailin mərkəzi hissəsinə son hücumu nəticəsində azı beş nəfər ölüb, onlarla insan yaralanıb.
Adalet.az xəbər verir ki, bu barədə N12 telekanalı məlumat yayıb.
Qeyd olunub ki, zərbələr nəticəsində azı 87 nəfər müxtəlif xəsarətlər alıb, Petah-Tikvada dörd nəfər, Bney-Brakda isə daha bir nəfər ölüb. Zərbələr nəticəsində Hayfada da geniş dağıntılar müşahidə olunur.
Xilasedicilər uçmuş binaların altında qalan şəxslərin axtarışını davam etdirirlər.
06:56
İyunun 16-da səhər saatlarında İran Silahlı Qüvvələri İsrailə kütləvi raket hücumu etməsi nəticəsində azı üç nəfər ölüb.
Adalet.az N12 telekanalına istinadən xəbər verir ki, bu barədə İsrailin Milli Tibbi Xidmətindən (MTX) bildirilib.
“Mərkəzin atəşə tutulmasından sonra üç ölü var”, – telekanal MTX-dən əldə etdiyi məlumatı nəql edib.
Eyni zamanda, MTX sosial şəbəkədə 67 nəfərin yaralandığını açıqlayıb. Onlardan 60-nın vəziyyəti yüngül, 6-nın orta ağır, 30 yaşlı qadının isə kritik olduğu qeyd olunub.
Yerli KİV genişmiqyaslı dağıntılar barədə məlumat verir, xilasedicilər binaların dağıntıları altında qala biləcək sağ qalanları axtarmağa davam edirlər.
06:04
İyunun 16-da səhər saatlarında İran Silahlı Qüvvələri İsrailə kütləvi raket hücumu etməsi nəticəsində azı 25 nəfər yaralanıb.
Adalet.az N12 telekanalına istinadən xəbər verir ki, bu barədə İsrailin Milli Tibbi Xidməti (MTX) məlumat yayıb.
“25 yaralı var, onlardan ikisinin vəziyyəti orta ağırdır, qalanı yüngüldür”, – telekanal MTX-nin məlumatını nəql edib.
Digər Xəbərlər
14 Noyabr 2025 11:17
Ermənistan Türkiyə və Azərbaycana bu marşrutu təklif etdi
13 Noyabr 2025 23:52
"Vaşinqton Türkiyənin Cənubi Qafqazda vacib rol oynamasına qarşı deyil" - Qrem
13 Noyabr 2025 23:14
"Kipr məsələsi Türkiyənin milli prioritetidir" - Ərdoğan
13 Noyabr 2025 23:13


Bakı -°C

