İrandan Türkiyəyə atılan raket məhv edildi
"İrandan buraxılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib".
Adalet.az xəbər verir ki, bu, Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, sursatın bəzi qalıqları Qaziantep şəhərində boş ərazilərə düşüb:
"Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Türkiyə yaxşı qonşuluq münasibətlərinə və regional sabitliyə böyük əhəmiyyət verir. Bununla belə, ölkənin ərazisinə və hava məkanına yönələn hər hansı təhdidə qarşı bütün zəruri addımların qətiyyətlə və tərəddüdsüz atılacağı bir daha vurğulanır. Türkiyənin bu istiqamətdə xəbərdarlıqlarının nəzərə alınmasının hər kəsin maraqlarına uyğun olduğunu xatırladırıq".
Digər Xəbərlər
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10
"ABŞ və İran arasında danışıqlar davam edir" - Tramp
25 Mart 2026 20:00
İran müharibəni bu halda dayandıracaq - 5 şərt irəli sürüldü
25 Mart 2026 19:51


Bakı -°C

