adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Iyun 2020 10:00
40480
ŞOU-BİZNES

İrandan gələn namə və Nura Surinin “gerçəkləri”...

İllər əvvəl İranİslam Respublikasının vətəndaşı Suri Əlirza Məhəmməd oğlu (Tehran şəhəri, Vəliəsrprospekti, ev 8) "Olaylar” İnformasiya Agentliyinə məktubla müraciət etmişdi əvvəlcə bu məktubu oxucularımızın nəzərinə çatdıraq:


"Hörmətli redaksiya!

Mən1973-cü ilin mayayında Amerika Birləşmiş Ştatlarında anadan olmuş, burada orta vəali təhsil almış və bundan sonra İrana köçərək orada yaşamağa başlamışam.


Bir müddət Tehranda dövlət qulluğunda kiçik birvəzifədə işlədikdən sonra 1995-ci ilin axırlarında Birləşmiş Ərəb Əmirliklərinə- Dubaya üz tutdum, burada bir şirkət təsis edərək bizneslə məşğul olmağabaşladım. Birinci il biznes fəaliyyətimi qismən uğurlu hesab etmək olardı. Üstəlikhəmin vaxt mən vərəsəlik hüququ əsasında 250.000 dollar məbləğində böyük bir sərvətədə sahib oldum. Lakin Dubayda Azərbaycandan olan Kazımova Aynurə Qəzənfər qızı ilətanışlığım bütün həyatımı alt-üst etdi. Ülvi bir sevgi həsrətli gənc olduğumdanbu xanımın məkrli hiylələrindən çox gec xəbər tutdum. Həmin vaxt mən artıqbütün pullarımı Aynurə üçün xərcləmişdim. Bakının mərkəzində 3 mənzil almış vəAynurənin şıltaqlıqlarını ödəmişdim. Bu səbəbdən şirkətim böyük ziyanlara məruzqaldı. Aynurə isə rəsmi qaydada evlənməmizdən artıq 2 ay sonra Azərbaycandilini bilməməyimdən və səmimiyyətimdən sui-istifadə edərək birinci nikahındanolan uşağının doğma atasından xəbərsiz mənim övladlığıma verilməsinə nail oldu.2000-ci ilin martında oğlumuz doğulandan sonra isə pulumun tükənməsi Aynurənin əsiliç üzünü tədricən göstərməyə başladı. Bir müddət sonra başa düşdüm ki, buxanımla ailə qurmaqla dəhşətli dərəcədə yanlış bir addım atmışam. Ona görə də2001-ci ildə boşanmağa görə məhkəməyə ərizə verdim. Aynurə isə məndən 2 uşağagörə nə az, nə də çox təxminən 650.000 dollar aliment tələb etdi. Uzun müddətdavam edən məhkəmə prosesləri bununla sonuclandı ki, heç bir gəlirim olmadığınavə valideynlərimin himayəsində yaşadığıma baxmayaraq, hər bir uşağa görə ayda150 dollar, cəmi 300 dollar aliment verməliyəm. Daha bir məhkəmə qərarı ilə dəAynurənin adına aldığım mənzillərin ən ucuz bir mənzili mənə verildi, qalan 2bahalı mənzil isə Aynurədə qaldı. Lakin çox çəkmədi ki, məhkəmələrdə Aynurəyəhavadarlıq edən şəxslərin köməyi ilə həmin mənzil də aliment hesabına məndənalınaraq Aynurəyə verildi.

2009-cu ildə mənə məlum oldu ki, mənimövladlığıma verilmiş uşağın doğma atası məhkəmə yolu ilə övladlığa verilmənietibarsız hesab etdirərək uşağa olan hüquqlarını bərpa etdirmişdir. Ona görə dəmən alimentin miqdarının azaldılması üçün məhkəməyə müraciət etdim, lakin 2 iləyaxın davam edən proseslər onunla nəticələndi ki, mən 2001-ci ildən başlayaraqbir uşağa görə ayda 400 dollar aliment ödəməliyəm. Təsəvvürünüzə gətirirsiniz?2 uşağa görə 300 dollar ödəyirdim, indi isə 1 uşağa görə 400 dollar!!! Beləziddiyyətli qərarların hansı məntiq və hansı mülahizələrə görə qəbulolunmasının səbəbini bilmirəm. Son qərarın ədalətsiz olmasına isə heç bir şübhəmyoxdur.
Məhkəmələr faktiki olaraq məni əsassız olaraq30.000 dollar cərimələyiblər.

Ona görə də mən Azərbaycan RespublikasınınPrezidenti Zat-Aliləri cənab İlham Əliyevə və Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsinin sədri cənab Fərhad Abdullayevə rəsmi qaydada müraciət etmişəm ki,bu işdə ədalətsiz qərarların dəyişdirilməsi üçün köməklik göstərsinlər.




Mən Aynurə xanıma qarşı yeni tələblərlə məhkəmələrəərizələrlə müraciət etmişəm. Bu tələblərimdən biri ondan ibarətdir ki, mən özövladımla mütəmadi olaraq ünsiyyətdə olmaq istəyirəm. Bu barədə müvafiq məhkəməqərarı olmasına baxmayaraq son illər Aynurə xanım süni maneələr yaradaraq mənəuşağımla görüşməyə imkan vermir.

Digər tələbim isə şərəf və ləyaqətimin müdafiəsiilə bağlıdır.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinəgörə nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlkisoyadını bərpa etmək hüququna malikdir.

Mövcud qanunvericiliyin digər bir tələbinə görəisə dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətinsağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq vəazadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülkihüquqlar qanuna uyğun olaraq məhdudlaşdırıla bilər.

Fikrimi yəqin ki, anladınız. Bəli, mən Aynurəninmənim soyadımı – Suri soyadını daşımağına qəti etiraz edirəm!

Yazılmamış qanunlara əsasən bütün dünyada qəbulolunub ki, nikah pozulduqda ər-arvad bir qayda olaraq nikahdan əvvəlkisoyadlarını bərpa edirlər. Bununla da həmin şəxslər özlərinə qarşı olan hörmətvə ehtiramı nümayiş etdirirlər. Buna minlərlə misal göstərmək olar. Amma nədənsəAynurə xanım həmişə keçmiş ərlərinin soyadını daşımağa üstünlük verib. Onadoğma atasının soyadını daşımağa nə mane olur?

Mənim hər bir kəsə və hər bir soyadına böyükhörmətim var. Soyadıma hər hansı bir üstünlük vermək fikrim də yoxdur.

Aynurəni tanıdığım vaxtdan indiyə qədər onunbütün hərəkətlərinə, o cümlədən ləyaqətə xələl gətirə bilən hərəkətlərinə dözmüşəm.İndi isə bu xanımın son hərəkətləri çox həssas bir məqama toxunduğundan dözməkfikrim yoxdur. Məsələ burasındadır ki, son illər Aynurə internet saytlarındaNura Suri adı altında yarıçılpaq fotoşəkillərini yerləşdirir, seksi ulduzmüsabiqələrinə qatılır, üstəlik fasebookdakı profilində mənim razılığım olmadanfotoşəkillərimi nümayiş etdirir. Ola bilsin ki, Aynurə xanım evində böyüyən vəgələcəyin kişisi olacaq 3 oğlan uşağından, ata-anasından, müqəddəs ana adındanutanmır. Amma onun bu hərəkətləri mənim ailəmi, İslamın namuslu və qeyrətli bəndələriolan valideynlərimi tanıyan hər bir kəsin qarşısında şərəf və ləyaqətimətoxunur.

Aynurənin evində bu gün damarlarında mənimqanımın axdığı bir oğlan böyüyür. Mən əminəm ki, o oğlan yetkinlik yaşınaçatandan, özünü və məni bir kişi kimi tanıyandan sonra anasının Suri soyadınıdaşımasına qəti etiraz edəcək.

Ona görə də ailəmə, övladıma və valideynləriməhörmət əlaməti olaraq, istəyirəm ki, Aynurə mənim soyadımı yox, onu boya-başaçatdıran, ona bu tərbiyəni verən atasının soyadını daşısın. Hesab edirəm ki, mənimyerimdə olan hər bir kişi belə iddia ilə çıxış edərdi.

Suri Əlirza Məhəmməd oğlu”

İndi isədanışır Nura Suri...

"Birçox insanlar elə zənn edirlər ki, həyat yoldaşım ərəb olub. Bu, əsla belədeyil. Həyat yoldaşım iranlı olub. Həm anam, həm də atam yarı iranlıdır.Haqqımda gəzən şayiələrə inanmayın. Mənim barədə doğru məlumatı almaq istəsəniz,sosial şəbəkə səhifələrimə baxın. Orda keçmişim, nənəm, babam, anam, atam,uşaqlığım, həyat yoldaşlarımın şəkilləri var (gülür)”.

Adalet.az xəbər verir ki, busözləri məşhur müğənni Nura Suri "Xəzər” televiziyasında yayımlanan "X Maqazin”proqramına verdiyi müsahibəsində deyib.

Sənətçi bu yaxınlarda nənə olacağı barədə gəzən xəbərlərə də aydınlıq gətirib:

"Verilişlərinbirində zarafat elədim. Bu söhbəti insanlar ciddi qəbul etdilər. Oğullarımınsevdikləri qızlar var. Bu, normaldır. Hər gəncin sevgilisi olmalıdır. Toy etsəm,bunu gizli şəkildə, qapalı edən deyiləm”.

Qeyd edək ki, müğənni N.Surinin Xosrov, Möhsen və David adlı üç övladı var.

Yeri gəlmişkən, Suri Əlirza Məhəmməd oğlunun məktublabildirdiyi məlumatların heç birini Nura Surinin dilindəneşitməmişik. 

Əntiqə Rəşid