09 Avqust 2025 12:15
164
DÜNYA

İrandan Azərbaycanla Ermənistan arasındakı sülhə reaksiya

İran Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını müsbət qarşılayır.

Adalet.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanata əsasən, İran bu razılaşmanı regionda davamlı sülhün reallaşması istiqamətində önəmli addım olaraq qiymətləndirir.

Qeyd olunur ki, İran sülh və sabitliyin qorunması, ikitərəfli və regional əməkdaşlıq yolu ilə regionun iqtisadi inkişafı üçün Azərbaycan və Ermənistanla konstruktiv əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirir.