İrandakı zəlzələdə 19 nəfər xəsarət aldı - YENİLƏNİB

İranın şimal-şərqindəki Xorasan Rəzəvi əyalətində 5 bal gücündə zəlzələ baş verib.
Adalet.az "Tasnim"ə istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində 19 nəfər xəsarət alıb.
"Xəsarət alanların sayının artacağı ehtimalı olsa da, xəsarətlər yüngüldür və hər kəsin vəziyyəti yaxşıdır", - məlumatda deyilir.
Dəyən maddi ziyanın qiymətləndirilməsi üçün əraziyə qruplar göndərilib. Zəlzələ yaxınlıqdakı Xaf və Törbət Heydəriyə şəhərlərində də hiss olunub.
***09:24
İranın Xorasan Razəvi əyalətinin Rəştxar şəhərində mayın 1-də səhər saatlarında 5 maqnitudalı zəlzələ olub.
Adalet.az İran mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə xilasedicilər cəlb olunub.
Yeraltı təkanlar qonşu Xaf və Turbat Heydəri şəhərlərində də hiss edilib.
Qeyd edək ki, təbii fəlakət nəticəsində xəsarət alan və ölən olmayıb.
Digər Xəbərlər

Türkiyənin bu bölgəsində karantin tətbiq edildi

İstanbulda bir gecədə 6 restoran yandı - VİDEO

Slovakiya antirusiya sanksiyalarının yumşaldılmasını istəyir

Eks prezidentə qarşı ittiham irəli sürüldü

Ərdoğan Tramp görüşü üçün hazırlıqlar davam edir

Reuters: " Kurskda 4700 koreyalı əsgər itkin, 600-ə yaxını ölü... "

ABŞ-də vulkan xəbərdarlığı: Bütün uçuşlar dayandırıla bilər
