adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Aprel 2018 15:14
15438
DÜNYA

İranda qum fırtınası şəhəri bir-birinə qatdı

İranınürəyində yerləşən Yəzd şəhərində qorxu dolu anlar yaşandı. Təxminən 420 min əhalisiolan Yəzddə qum fırtınası həyatı iflic edib.


Tarixigörkəmilə turistlərin tez-tez ziyarət etdiyi Yəzddə dünən qum fırtınası olub.Xüsusil çöl bölgələrdən başlayan fırtına şəhərə sürətlə girməyi bacarıb.


Qısazamanda gözlə görünən məsafə azalmağa başlayıb, fırtına şəhərin elektrik dirəklərinidə yararsız hala salıb, şəhərdə işıqlar kəsilib. Qaranlıqda qalan İranlıların çəkdiyifotolar və videolar sosial mediyada böyük diqqətə səbəb olub.


İranrəsmiləri tərəfindən verilən açıqlamada qum fırtınası nəticəsində ən azı 10 nəfərinyaralandığı deyilir. İran xəbər agentliyi İSNA isə küləyin sürətinin saatda 102kilometrə çatdığını deyib.