adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Dekabr 2017 17:43
14520
DÜNYA

İranda İslam qaydalarına uyğun geyinməyən qadınlar həbs edilməyəcək

İranda İslam qaydalarına uyğun geyinməyən qadınlar artıq həbs edilməyəcək.

Adalet.az APA-ya istinadən xəbər verir ki, bu barədə Tehranın polis rəisi general Hüseyn Rahim deyib. O bildirib ki, qaydalara uyğun geyinməyən qadınlar məcburi kursdan keçiriləcək: "Həmin qadınlar təcridxanaya aparılmayacaq, barələrində iş qaldırılmayacaq".

İranın "Tasnim" xəbər agentliyinin yaydığı xəbərə görə isə məcburi kurslara cəlb edilən qadınlar bundan sonra da islami qaydada yaxşı örtünməsələr, cəzalandırılacaqlar.

Qeyd edək ki, İranda qadınlara qarşı geyim qadağası 1979-cu il inqilabından sonra tətbiq olunur.

Tehranın yol polisi 2015-ci ildə şəxsi maşınlarında baş örtükləri çiyinlərinə düşən 40 min qadın sürücünü saxlayıb.