İranda "Instagram" açıldı
İran hökuməti "Instagram” sosial şəbəkəsinin ölkə ərazisində işini bərpa edib.
Trend-in məlumatına görə, "Telegram” messencerinə qoyulan qadağa isə hələ ki, davam edir.
Qeyd edək ki, İranda ötən il dekabrın sonu başlayan etiraz aksiyaları ilə əlaqədar bir sıra sosial şəbəkələr bağlanmışdı. Hökumət bu addımın müvəqqəti xarakter daşıdığını bildirmişdi.
Digər Xəbərlər
02 May 2024 20:27