İranda 360-dan çox adam xlordan zəhərlənib
İranın Dezful şəhərində xlor sızması səbəbindən 360-dan çox insan zəhərlənib.
Adalet.az xarici KİV-lərə istinadən xəbər verir ki, zərərçəkənlərdə nəfəsalma problemi və zəhərlənmənin digər simptomları qeydə alınıb.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.