İran XİN: Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini bərpa edəcək
Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq.
Adalet.az İSNA-ya istinadən xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü Naser Kənani aprelin 15-də keçirdiyi brifinqdə deyib.
O bildirib ki, bununla bağlı tərəflər arasında razılıq əldə olunub.
Nazirlik rəsmisi həmçinin qeyd edib ki, İran Bakı yeni səfir təyin etməyə hazırdır. Çünki fəaliyyətdə olan səfir Seyid Abbas Musəvinin səlahiyyət müddəti artıq başa çatıb.
Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıb. Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin fəaliyyətini tamamilə dayandırıb, bütün diplomatlarını İrandan çıxarıb.
Digər Xəbərlər
28 May 2026 21:00
Kobaxidze Azərbaycan Prezidentini təbrik edib
28 May 2026 17:47
Cümhuriyyət dövrünün geosiyasəti ilə bu günün müqayisəsi - Səxavət Məmməd yazır
28 May 2026 17:15
"Heydər Əliyev hakimiyyətə gəlməsəydi, dövlətimizin taleyi necə olacaqdı!?"
28 May 2026 16:36
Slovakiya Prezidenti: Azərbaycana rəsmi səfərimi səbirsizliklə gözləyirəm
28 May 2026 15:27
"Müstəqillik - bu, böyük nemətdir, böyük nailiyyətdir" - Prezident
28 May 2026 15:18
"Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir"
28 May 2026 12:55
“Bir dəfə yüksələn bayraq bir daha enməz!” - Türkiyə MN-dən təbrik
28 May 2026 11:41


Bakı -°C

