adalet.az header logo
  • Bakı 3°C
  • USD 1.7
30 Noyabr 2022 14:12
193
İDMAN

İRAN TUMANBAĞINI GEC BAĞLADI

ABŞ-la İranın oyununda təbii ki, mən qonşuların tərəfini saxlayırdım. Hər halda yaxın qonşu qohum da olmayan uzaqdan yaxşıdı.

İran dövləti başqa, xalqı başqa. İran dövlətinin siyasətini bir azərbaycanlı kimi heç vaxt qəbul etməmişəm və etməyəcəm də. Erməninin dostu bizim dostumuz ola bilməz.

Deyə bilərsiniz ki, bəs niyə futbolda İranın tərəfini saxlayırsan?

Birincisi, mən Murad Yakına görə, İsveçrənin qələbəsini arzulayıram həmişə. İlkay Gündoğana görə də istəyirəm almanlar qalib gəlsin.

İndi İranın milli komandasında üç türk oynayır. Özdə gözəl futbolçulardı. Bundan başqa İranda qırx milyon Azərbaycan türkü yaşayır. İran qalib gəlsəydi, o qırx milyon Azərbaycan türkü də sevinəcəkdi. Necə ki, mən bir İlkay Gündoğana görə, Almaniyanın qələbəsini arzulayıram. İndi görün, qırx milyon Azərbaycan türkü İranın qələbəsinə nə qədər sevinir.

Təəssüf ki, uşaqlar özlərini öldürsələr də, xüsusilə ikinci hissədə məşqçinin günahı ucbatından oyunları alınmadı. Pərakəndəlik yıxdı evlərini.

Təəssüf edirəm.

İnanmadıqları Allah İran dövlətini haqq yola, islam yoluna döndərsin. İnanmadıqları Allah İran dövlətini oturub durduqları yezid və şümürlərdən uzaq eləsin. Erməni ilə dost olan axırda erməninin gününə qalacaq.

Nə isə...