Dərs vaxtı məktəb binası hədəfə alınıbmış - MN-dən növbəti açıqlama
İran İslam Respublikası silahlı qüvvələrinin Baş qərargahının İranın bütün ölkələrin, xüsusən də müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşdığını bəyan etməsi və bu xüsusda İran tərəfindən Azərbaycana qarşı pilotsuz uçuş aparatları ilə bu gün törədilmiş hücumları təkzib etməsi heç bir halda məqbul sayıla bilməz.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, texniki vasitələrlə təsbit edilib ki, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib, onlardan biri Azərbaycan ordusu tərəfindən sıradan çıxarılıb, digərləri isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəb binasını hədəfə alıb. Orta məktəb binasını hədəfə alan pilotsuz uçuş aparatı xoşbəxtlikdən hədəfə yetişməyib, məktəbin yaxınlığında yerə çırpılaraq partlayıb.
"Qeyd olunanları nəzərə alaraq, İran İslam Respublikasının silahlı qüvvələrindən aşkar inkarçılığa son qoymağı, baş vermiş hadisəyə görə üzrxahlıq ifadə etməyi və İranın aidiyyatı qurumları tərəfindən günahkarların cəzalandırılmasını gözləyirik", - deyə açıqlamada qeyd olunub.
Digər Xəbərlər
05 Mart 2026 17:45
İran Azərbaycan sərhədinə silah daşıyırmış
05 Mart 2026 15:08
"Etirazlara başlayacağıq" - Təbrizli gənclərdən İranın Azərbaycana hücumu ilə bağlı bəyanat
05 Mart 2026 13:33
Naxçıvan aeroprotuna düşən dronun qalıqları - FOTOLAR
05 Mart 2026 13:27
"İranın hücum aktları cavabsız qalmayacaq" - Müdafiə Nazirliyi
05 Mart 2026 12:08
“Azərsun Holdinq” “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək verəcək
05 Mart 2026 11:52
“İlqar Məmmədovun yüngül həyat tərzinə meylli qadınların...” – Deputatdan sərt cavab
05 Mart 2026 11:03
Baş prokuror Sabunçuda vətəndaşları qəbul edəcək
05 Mart 2026 10:58


Bakı -°C

