"Bütün imkanları səfərbər edirik" - Ərdoğan sülhdən DANIŞDI
Ukraynada müharibənin ilk günlərindən etibarən tərəflər arasında ədalətli və davamlı sülhün təmin olunması üçün diplomatiyanın bütün imkanlarını səfərbər edirik.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanla görüşdən sonra deyib.
"Bu istiqamətdəki səylərimiz dünya ictimaiyyətinə də məlumdur. Bundan sonra da "Müharibənin qalibi, ədalətli sülhün isə məğlubu olmaz" şüarı ilə əlimizdən gələn bütün cəhdləri göstərməyə davam edəcəyik", - Ərdoğan söyləyib.
O, həmçinin Türkiyədə səfərdə olan Macarıstanın Baş naziri Viktor Orbanla keçirdiyi görüşdən danışıb:
"Bugünkü görüşlərimizdə Yaxın Şərq və Ukraynadakı proseslər də daxil olmaqla, aktual, regional və qlobal məsələləri müzakirə etdik. Macarıstanın Türk Dünyasına verdiyi töhfələrdən dolayı məmnuniyyətimizi ifadə etdik. Strateji hədəfimiz olan Avropa İttifaqına tam üzvlük prosesində Macarıstanın güclü dəstəyinə görə təşəkkür edirik və bunun davam edəcəyinə inanıram".
Digər Xəbərlər
08 Dekabr 2025 20:34
Paşinyan yeni müşavir təyin edib
08 Dekabr 2025 20:25
Peskov: ABŞ-Ukrayna danışıqlarının nəticələri barədə Kreml məlumatsızdır
08 Dekabr 2025 20:14
Putin gələn il üçün hökumətin qarşısına 6 vəzifə qoydu
08 Dekabr 2025 20:00


Bakı -°C

