İran Prezidenti: Azərbaycanla əməkdaşlıqda heç bir məhdudiyyət nəzərdə tutmuruq
Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıq iki ölkənin əlaqələrinə töhfə verə bilər.
Adalet.az xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində Azərbaycana səfəri barədə danışarkən deyib.
Dövlət başçısı qeyd edib ki, İranla Azərbaycan arasında əməkdaşlıq sahələri genişdir: “İki qonşu və qardaş bir-biri ilə münasibətdə nə etməlidir? Biz malik olduğumuz bütün potensial və qabiliyyətlər iqtisadi cəhətdən, sənaye, elm və digər sahələrdə bir-birimizlə əlaqədə ola bilərik.
Biz iki ölkə arasında əməkdaşlıq sahələri arasında heç bir məhdudiyyət nəzərdə tutmuruq. Təbii ki, parlamentlər arasında münasibətlər bir addım olar. Universitetlər və universitet müəllimləri arasındakı münasibətlər də başqa addım ola bilər”.
“Səhiyyə, müalicə, dərman, tibbi təchizat nöqteyi-nəzərdən də əməkdaşlıq edə bilərik. Sənaye, ticarət və müştərək əməkdaşlıqlar nöqteyi-nəzərdən də qarşılıqlı addımlar atıla bilər. Mədəniyyət, idman sahələri də bizim aramızda əməkdaşlıqlara töhfə verə bilər”, - İran Prezidenti vurğulayıb.
Digər Xəbərlər
01 Aprel 2026 20:44
Regionda çox şey kökündən dəyişəcək... - Səxavət Məmməd yazır
01 Aprel 2026 19:00
Əli Əsədov TDT-nin Baş katibi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
01 Aprel 2026 18:37
XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq
01 Aprel 2026 18:18


Bakı -°C

