İran polisi bu gəncləri döyüb öldürdü - 440-cı ölüm...

Xəbər verdiyimiz kimi, İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar iki aydan çoxdur davam edir. Bu müddət ərzində ən son məlumata görə, 438 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Ölənlərin arasında 60 yeniyetmə və uşaq da var. 17,5 min nəfərə yaxın şəxs həbs edilib.
Adalet.az "Amerikanın səsi" kanalınaistinadənxəbərverirki, etirazaksiyalarındanövbətidəfə ikinəfər öldürülüb.
Kanalın məlumatına görə, 16 yaşlı Rza Kazımi və Mahək Haşimi adlı yeniyetmələr hökumət qüvvələrinin açdığı atəş və dəyənək zərbələrindən ölüb., Aksiyada iştirak edən Rza Kazımi noyabrın 21-dəgüllə yarası aldıqdan sonra xəstəxanaya yerləşdirilsə də yaralarının ağır olma səbəbindən ayın 27-də dünyasını dəyişib.
ی
Mahək Haşimi Şiraz şəhərində etiraz aksiyasına qatıldığına görə möhkəm döyülüb. Noyabrın 25-də xəstəxanaya yerləşdirilsədə yeniyetmə qız noyabrın 27-də vəfat edib.
ط
Qeyd edək ki, etiraz aksiyaları başlayandan İranda bu günə kimi 60-dan çox uşaq hökumət qüvvələri tərəfindən qətlə yetirilib.Bununla bağlı BMT-nin İnsan Haqları Şurası (İHŞ) İranda insan hüquqları pozuntularını araşdırmaq üçün missiyanın yaradılması haqqında qətnamə qəbul edib. Sənəd BMT İHŞ-nin Cenevrədə keçirilən xüsusi sessiyasında müzakirə edilib.
Əntiqə Rəşid
Digər Xəbərlər

Liftlərə qənim kəsilənlər

Qubada insan sümükləri TAPILDI

Yağış sularının kənarlaşdırılması üçün yeni kollektorlar salınır

Naxçıvanda 5 yaşlı uşaq eyvandan yıxıldı

Bağçada bədbəxt hadisə - Azyaşlı xəsarət aldı

Sürücünün məsafə saxlamaması qəzaya səbəb olub- VİDEO

Babək prospektindəki təkər bazarında yanğın - VİDEO
