İran hibrid və elektrik avtomobillərinin istehsalına başlamağı planlaşdırır
İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Atabak İranın hibrid və elektrik avtomobilləri üçün yeni istehsal xəttinin istifadəyə veriləcəyini açıqlayıb.
Adalet.az xəbər verir ki, bu barədə "Mehr" məlumat yayıb.
Televiziyaya müsahibəsində nazir qeyd edib ki, hibrid avtomobillərin istehsalı üçün yeni konveyer xəttinin işə salınması yerli avtomobil sənayesinin təkmilləşdirilməsi, eləcə də ətraf mühitin çirklənməsi səviyyəsinin azaldılması istiqamətində irəliyə doğru böyük addım olacaq.
Atabak vurğulayıb ki, hibrid və elektromobillərin mühərrikləri elə dizayn edilib ki, onların yanacaq sərfiyyatı əhəmiyyətli dərəcədə azalıb.
Daha əvvəl nazirlik nümayəndəsi bildirmişdi ki, cari fars ilinin ilk beş ayında İranda hibrid avtomobillərin istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 45 faiz artıb.


Bakı -°C

