"İran ABŞ üzərində qələbə qazanıb" - Xamenei

İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ ilə qarşıdurmada qalib gəldiyini açıqlayıb.
Adalet.az xəbər verir ki, o, bu barədə İran xalqına müraciətinə deyib.
"İkinci təbrik sevimli İranımızın Amerika rejimi üzərində qələbəsi ilə bağlıdır", - İran lideri bildirib.
İyunun 26-da Əli Xamenei də İranın 12 günlük münaqişədən sonra İsrail üzərində qələbə qazandığını bəyan edib və İslam Respublikası xalqını bu hadisə münasibətilə təbrik edib.
İyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirərək “Am Kelavi” əməliyyatına başlayıb. İran “True Promise 3” əməliyyatı ilə cavab verib.
İyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İrana zərbələrə qoşulub. Trampın bildirdiyinə görə , Fordo uran zənginləşdirmə zavodu da daxil olmaqla, respublikadakı üç nüvə obyektinə hücum edilib.
İki gün sonra Ağ Evin rəhbəri İran və İsrailin atəşkəsə razılaşdıqlarını açıqlayıb. Onun sözlərinə görə, atəşkəs qüvvəyə mindikdən sonra dünya “12 günlük müharibənin rəsmi başa çatmasını” alqışlayıb.
Digər Xəbərlər

Pentaqon 15 ildir İrana hücuma hazırlaşırmış

"Hizbullah"ın iki üzvü öldürüldü

"Buna görə ABŞ və İsrail məsuliyyət daşıyır" - Zaxarova

Netanyahu Trampa təşəkkür etdi

Türkiyə lideri: Çoxsəviyyəli hava hücumundan müdafiə sistemi yaratmalıyıq

Pentaqon rəhbəri: İranın nüvə proqramı darmadağın edilib

Rusiya XİN yenə Bakıya təşəkkür etdi
