adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Aprel 2017 18:36
4604
MƏMLƏKƏT

İqtisadi yüksəlişdə Heydər Əliyev DÜHASI

İqtisadiyyatıgüclü olan dövlət hər şeyə qadirdir.
HeydərƏliyev

İnsan və cəmiyyətin inkişafı üçün üç sinifin inkişafızəruri şərtdir. Ali,orta və aşağı sinif olmadan heç bir inkişaf dayanıqlı sayıla bilməz. Bu inkişafınonurğa sütünunu isə orta sinif təşkil edir. Bu sinifləri ölkə iqtisadiyyatıüzrə sinifləşdirərkən sənayenin inkişafı orta sinifin inkişafı ilə eyniliktəşkil edir. Orta sinif olmadan cəmiyyətdə yaranan boşluq, sənayeninyoxluğundan dövlətdə yaranan xaos, anarxiya, ən əsası iqtisadi cəhətdənuğursuzluq eynidir.

Azərbaycan sənayesinin tarixi keçmişinəö nəzər salandaaydın olur ki, ölkəmizdə sənayenin bütün sahələri inkişaf etdirilib. SSRİdövründə istər, yüngül, energetika, metalurgiya, yeyinti və digər sənayesahələri davamlı inkişaf etdirilmiş, ölkəmiz bu sahədə əldə olunannəaliyyətlərlə imperiya çərçivəsində özünə məxsus yer tutmağa nail olmuşdur.

Müstəqilliyin ilk illərində bir sıra sənayesturukturlarının fəaliyyətini dayandırması, bu sahədə yaranan boşluq ölkəiqtisadiyyatına əhəmiyyətli dərəcədə öz təsiri göstərməkdə idi. Məhz ümummillilider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə yeni iqtisadi yüksəliş başlanıldı,Azərbaycan iqtisadiyyatına xarici investisiyalar yatırıldı, ulu öndər digər sahələrdəolduğu kimi bu sahədə də köklü dəyişikliklərin aparılması üçün yeni imkanlaryaratdı. Bu mərhələdə ilk növbədə gələcək müstəqil və güclü iqtisadi siyasətinzəminləri yaradıldı. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyətformaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid vədünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.

Heydər Əliyevinuzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır şərtlərə baxmayaraq,ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfatı sisteminə inteqrasiyasısahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən əsası isə bu dövrdə ölkəmizdəaparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların vəinkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaradıldı.

Heydər Əliyevin rəhbərliyi ilə iqtisadiislahatların mühüm istiqaməti olan özəlləşdirmə prosesi uğurla həyatakeçirildi, 1996-cı ildən ümumi daxili məhsul istehsalı ilbəil artmağabaşladı, respublikada görülən təxirəsalınmaz tədbirlər nəticəsindəiqtisadiyyatda tənəzzülün qarşısı alındı və beləliklə, 1994-1995-ci illərdəbugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu. Hazırda həmin tarixidövrü təhlil etdikdə onu sabitləşmə dövrü kimi səciyyələndirmək olar. Məhz həminillərdə geriləmənin qarşısı alındı və 1996-cı ildən etibarən dirçəliş dövrübaşladı.

1997-ci ildən sənaye məhsullarınınburaxılışında artım müşahidə edilmiş, bu sıradan neft emalı, metallurgiya, ağacemalı, şüşə və çini-saxsı məhsullar istehsalında artım daha yüksək olmuşdur.Digər istehsal sahələrində geriləmənin sürəti azaldılmış, bəzi hallarda isə bumeyl tamamilə dayandırılmış, hasilat sənayesi ilə yanaşı, qeyri neft sektoruda inkişaf etdirilmişdir.

Sənayenin inkişafı ilə yanaşı Heydər Əliyevrespublikada kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqətyetirirdi. Məhz bu diqqətin nəticəsində respublikada 40-dan çox normativ-hüquqiakt qəbul edilmiş, kənd təsərrüfatı məhsullarının satışında qiymətlər tamsabitləşmiş, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırılmışdır.

Yaxın keçmişdə əsas kənd təsərrüfatı məhsullarınımüxtəlif xarici ölkələrdən alan Azərbaycan indi əksinə, xaricə məhsul ixracedir. Bu da sözsüz ki, məhsul istehsalının intensiv artımı nəticəsində mümkünolmuşdur.

İdxal-ixrac əməliyyatlarının bazariqtisadiyyatının tələblərinə uyğun qurulması nəticəsində ölkəmizin beynəlxalq əlaqələriilbəil genişlənir, möhkəmlənir və inkişaf edir.

Ulu öndər tərəfindənhəyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalqdəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycandaiqtisadi islahatlar haqqında xüsusi proqram hazırlanıldı və ölkəmizə maliyyəyardımının göstərilməsinə başlanıldı. Həmin beynəlxalq maliyyə-kreditinstitutları ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramınauyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyatakeçirildi. Sərt və çevik pul-kredit, büdcə-vergi siyasətinin aparılması, qiymətlərin,xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xaricikapitalın cəlb olunması nəticəsində tezliklə ölkəmizdə makroiqtisadi səviyyədəmaliyyə sabitliyinin təmin edilməsinə nail olundu.

Ölkəmizin iqtisadi artım sürəti 1995-ci ildənbaşlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək olmuşdur. Ümummilli liderHeydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha dainkişaf etdirilən strateji kurs Azərbaycanı zirvələrə doğru gedən ölkələrqrupunda öncül mövqeyə çıxarmışdır. Ölkənin inkişaf səviyyəsində ciddi kəmiyyətvə keyfiyyət dəyişiklikləri baş vermiş və verməkdə davam edir.

Bu gün Azərbaycan sənayesinin inkişafı uğurla davametdirilir. Prezident İlham Əliyevin bu sahənin inkişafını özündə əks etdirənmüxtəlif sərəncam və fərmanların verməsi nəticəsində Azərbaycan sənayeməhsullarının ixracı nəticəsində yüksək iqtisadi nəaliyyət əldə etməkdədir.Buistiqamətdə uğurla reallaşan islahatların prioritetlərindən biri isə ixracıngenişləndirilməsi, "Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarınınistehsalının və xarici ölkələrə satılmasının təşviqidir. Dövlət başçısınıntapşırıqlarına uyğun olaraq, rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsullarınxarici bazarlarda "Made in Azerbaijan” brendi altında təşviqi istiqamətindəaidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər görülməkdədir.

Xatırladaq ki, Prezident İlham Əliyevin "Qeyri-neft məhsullarının ixracınınstimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı iltarixli sərəncamına əsasən bu sahədə qarşıya qoyulan vəzifələrdən biri "Made inAzerbaijan” brendinin xarici bazarlarda təşviqi idi. Oktyabrın 5-də isəPrezident İlham Əliyev "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xaricibazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan”brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xariciölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişafproqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsininmüəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiqedilməsi haqqında fərman imzalayıb. Fərmanla yerli məhsulların xarici bazarlaraçıxarılması işinin təşkili, bazarların araşdırılması, "Made in Azerbaijan”brendinin xarici bazarlarda təşviqinə çəkilən xərclərin dövlət hesabına ödənilənhissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydası,həmçinin Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracınınstimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat forması təsdiqedilib.

Sənəddə "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinindəstəklənməsi daha geniş yer alıb. Bu məqsədlə sahibkarların beynəlxalq sərgi vəyarmarkalarda vahid ölkə stendi ilə və ya fərdi qaydada iştirak etməsini təminetmək, "Made in Azerbaijan” brendinin təşviqi üzrə isə dövlət mülkiyyətindəolan hüquqi şəxslər vasitəsilə xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda,o cümlədən rüsumsuz ticarət ("duty free”) mağazalarında rəflərinin təşkili vəxarici ölkələrin ictimai yerlərində, kütləvi informasiya vasitələrində təbliğiüçün tədbirlər həyata keçiriləcək. Bu zaman ödənilən dəstək məbləğinə "Made inAzerbaijan” brendinin təşviqi üzrə reklam kampaniyasının həyata keçirilməsi xərcləridaxildir.

İqtisadiyyat Nazirliyinin Kollegiyasının 18 oktyabr tarixli qərarına əsasən isə"Made in Azerbaijan” brendi təşviq ediləcək xarici ölkələrin, həmin ölkələrdəreklam yerləşdiriləcək ictimai yerlərin və kütləvi informasiya vasitələrinin müəyyənedilməsi Meyarları” təsdiq edilib. Beləliklə, qeyri-neft məhsullarınınixracının təşviqi ilə bağlı qəbul edilmiş bu qərarlar qeyri-neft sektoruna dəstəkolmaqla ixracın stimullaşdırılmasına əhəmiyyətli təkan verməkdədir.

Onu da qeyd edək ki, yazını hazırlayarkən İsmayıllırayonu ilə bağlı apardığımız araşdırmalar bu rayonda yüngül sənayenin əksərsahələrinin davamlı inkişaf etdiyini deməyə əsas verir. Rayonda istehsalsahələrində yaradılan imkanlar vətəndaşların işlə təminatında xüsusi roloynayır. Eynilə vətəndaşların sənaye məhsulalrına tələbatı da yerli istehsallaödənilir.

Sonda isə onu qeyd edək ki, İsmayıllının timsalında"Regionların Sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədarolaraq regionlarda mühüm tədbirlər həyata keçirilib və iqtisadiyyatda bir sırakeyfiyyət göstə­ri­ci­ləri əldə olunub. Regionlarda sahibkarlıq mühitininyaxşılaşdırıl­ması, is­teh­sal müəs­sisələrinin müasir tələblərə cavab verəntexnologiya ilə təminatının həyata ke­çirilməsi və sənayenin texnolojisəviyyəsinin yüksəldilməsi, yeni sənaye müəs­sisə­lə­ri­nin açılması vəəhalinin məşğulluq səviyyəsinin artırılması vacib şərtlərdən biri hesab olunur.

Ədil Ədilzadə

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİVnümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir