“İqtisadi böhrandan qaçmaq üçün siyasi böhran yaradırlar”
Milli Məclisin pleniar iclasında millət vəkilləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dördüncü Zirvə Toplantısının Bəyannaməsini təsdiq ediblər. Millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Naxçıvanda yaradılıb və bu zamanın tələbi idi: "Bu ölkələr yaxındır və böyük insan kütləsinə malik olan arenanı əhatə edirlər. İndiyə qədər keçirilən zirvə toplantılarında prezidentlər xalqlarımıza və dövlətlərimizə olan hörməti ifadə ediblər. Bu məsələdə heç nədən qorxmağa dəyməz. Azərbaycan sürətlə inkişaf edir, çoxları bizdən nümunə götürür. Avropa Parlamentinin üzvlərinin verdiyi qətnaməyə görə narahatçılıq keçiririk. Bunlardan qorxmaq lazım deyil. Bu məsələləri həyata keçirən, beynəlxalq aləmi qarışdıranlar ermənilərin dostudur. Ərəb coğrafiyasına baxın, hər yerdə qan tökülür. Ukrayna dövləti ilə MDB çərçivəsində ənəkdaşlıq edirdik. Dünyanı qarışdıran qüvvələr var. İqtisadi böhrandan qaçmaq məqsədilə siyasi böhranlar yaradırlar. Biz bu məsələ haqda düşünməliyik. Bodrumda keçirilən Türkdilli Dövlətlərin Zirvə görüşü əla keçdi, mən də orada iştirak edirdim və razı qayıtdım. Fikrimcə, əməkdaşlıq inkişaf edəcək. Hesab edirəm ki, zirvə görüşü zamanı dövlətlərin birgə qəbul etdiyi bəyannaməni parlament qəbul etməlidir”.
Digər Xəbərlər
27 Aprel 2024 21:10
"Hər gün mülki əhalimiz Ermənistanın yerləşdirdiyi mina ilə üzləşir" - Hikmət Hacıyev
26 Aprel 2024 21:53İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTOLAR
26 Aprel 2024 20:40Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + VİDEO
26 Aprel 2024 20:30Prezidentlərin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
26 Aprel 2024 19:41