adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Iyun 2019 16:42
24930
SİYASƏT

İqbal Ağazadə: “Mənasız, əhəmiyyətsiz bir görüşdür”

Ötən gün ATƏT Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi iləAzərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlərnaziri Zöhrab Mnatsakanyan arasında görüş baş tutub. Vaşinqtonda baş tutangörüşün nəticələri ilə bağlı Xarici İşlər Nazirliyimizin yaydığı bəyanatda bidirilib ki, bu kimi görüşlər müsbətxarakter daşıyır və danışıqlar prosesinin irəli aparılmasına xidmət edir. Açıqlamada həmçinin bildirilir ki, Vaşınqtongörüşündə həmsədrlər hər iki tərəfin diqqətinə münaqişənin sülh yolu ilə həlliprosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlik təkliflər təqdimediblər. Və yaxın aylarda eyni formatda növbəti görüşün keçirilməsinə dairümumi razılıq əldə olunub.

Ümid Partiyasının sədri İqbal Ağazadəl bu kimi görüşləri mənasız və əhəmiyyətsizadlandırıb: "Tərəflər üçün mənasız, əhəmiyyətsiz bir görüşdür. Bu tərəflərinvəziyyətinə heç bir dəyişiklik etmir. Sadəcə vasitəçilik edən tərəflərkonfiliktin nəzarətdən çıxmaması və atəşkəs müqaviləsinin pozulmaması üçün mütəmadiprotokol xarakterli görüşlər keçirirlər. Başqa heç bir irəliləyişdə olmayacaq və proseslər hələlik bu şəkildə dədavam edəcək. Konservləşdirilmiş problemin yenidən tərpənməsi üçün heç bir əsasyoxdur”.