adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Oktyabr 2014 17:17
3585
SİYASƏT

“İqbal Ağazadə bizə pul vermir”

"Bizim pulumuz olmadığı üçün bələdiyyə seçkilərindəiştirak etməyəcəyik”. 


Adalet.az xəbər verir ki, bunu  Azərbaycan Demokrat Partiyasının (ADP) sədri SərdarCəlaloğlu deyib.


ADP sədri "Qarabağ” blokunda birgə təmsil olunduğu Ümid Partiyasının seçkiyəgedəcəyini bildirib: "Seçkidə iştirak etmək üçün 60 dairədən, 500 subyektdən900-dən yuxarı namizəd irəli sürməliyik. Bütün ölkəni gəzməli, sənədlərihazırlamalı, təbliğat kampaniyası aparmalıyıq. Bunun üçün də böyük maliyyəvəsaiti lazımdır. Bizim bu qədər pulumuz yoxdur. Ümid Partiyası dövlətdənmaliyyələşir. Onların pulu var, deməli, seçkiyə gedə bilərlər”.


S. Cəlaloğlu "Seçkidə birgə iştirak üçün malik olduqları vəsaitdən sizə köməketmələri üçün İqbal Ağazadə ilə danışıq aparmısınızmı?” sualına belə cavabverib: "Pul versəydilər, bir yerdə gedərdik. Vermədikləri üçün biz seçkidəiştirak etməyəcəyik. Belə bir danışıq, təklif də olmayıb”.


Lakin partiya sədri "Qarabağ” blokunun qüvvədə qaldığını deyib. Onun sözlərinəgörə, bu siyasi blokdur: "Seçkiyə birgə getsəydik, seçki bloku kimiqeydiyyatdan keçəcəkdik. Biz getməsək də, "Qarabağ” siyasi blok olaraq qalır.Müttəfiqliyimiz bundan sonra da davam edəcək”.