İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir
İnzibati xəta haqqında iş üzrə icraat zamanı müddətlərin pozulması müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən törədildikdə, inzibati xəta haqqında iş üzrə materiallar bu şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün həmin orqana göndəriləcək.
Adalet.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir.
İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs müəyyən edilmiş müddətlərin pozulmasına 2 yüz manatdan 4 yüz manatadək cərimə edilir.
Səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması ilə bağlı qaydaları pozmasına görə 4 yüz manatdan 6 yüz manatadək cərimə edilir.
Dəyişiklik layihəsində bu maddəyə "Qeyd” əlavə olunması təklif edilir.
Belə ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı müddətlərin pozulması müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən törədildikdə inzibati xəta haqqında iş üzrə materiallar bu şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün həmin orqana göndəriləcək.
Layihədə bildirilib ki, səlahiyyətli vəzifəli şəxslərin inzibati xətalar üzrə icraat apararkən yol verdikləri müddət pozuntularının qarşısının alınmasında onların inzibati qaydada cərimələnməsinin kifayət etmədiyi nəzərə alınaraq, həmin pozuntuya yol vermiş şəxslərin daxili nəzarət qaydasında, habelə prokurorluq orqanlarının məlumatı əsasında intizam məsuliyyətinə cəlb edilməsi məqsədilə dəyişiklik təklif olunur.
Layihə Milli Məclisin fevralın 14-də keçiriləcək plenar iclasına tövsiyə olunub.
Digər Xəbərlər
01 May 2024 17:20
Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR
30 Aprel 2024 14:53Məhkəmə Elnarə Qasımova barədə qərar verib
30 Aprel 2024 12:49Baş Prokurorluq: Azad edilmiş ərazilərdən 608 nəfərə aid insan qalığı müəyyən edilib
29 Aprel 2024 17:35Baş prokuror Türkiyə nümayəndə heyəti ilə görüşüb
29 Aprel 2024 15:56