adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 Oktyabr 2019 12:23
25444
MƏMLƏKƏT

İntiqam Mehdizadə: “BULAQ” - 50

("Bu gün dünəndənbaşlayır” silsiləsindən )

(Bu referat 1980-ci ildəMoskvada SSRİ DövətTeleviziya və Radio Verilişləri Komitəsi nəzdində fəaliyyətgöstərən üç aylıq ixtisasartırma kurslarının tamamında - noyabr ayında qələməalınıb.)

Özünün zəngin adət ənənələriyləməşhur olan Azərbaycan xalqı arzu və istəklərini, hiss və həyəcanlarını müxtəlifvasitərlə bədii sənətlərin bütün növlərində ifadə etməyə can atıb. Əsrlərinşahidi olmuş "Dədə Qorqud" dastanı, "Koroğlu" eposu,"Leyli və Məcnun" poeması, yüksək sənətkarlıq nümunəsi olan xalçalar,zərgərlik əşyaları, Qiz qalası kimi onlarla memarlıq abidələri buna canlısübutdur.

1926-cı ildə yaradılanAzərbaycan radiosu öz fəaliyyəti boyu daim xalq yaradıcılığına xüsusi diqqətləyanaşmış, bu tükənməz irsdən maksimum faydalanmağa çalışmışdır. Bununla belə radiomuzunxalq yaradıcılığına həsr olunan verilişləri uzun illər sistemsiz halda efirəçıxmış, ardıcıl olmamış, bu üzdən də məxsusi dinləyici auditoriyasıqazanmamışdı. Artıq xalq yaradıcılığı sahəsində az-çox təcrübəsi olan radionunƏdəbi dram verilişləri redaksiyası Komitə rəhbərliyi ilə məsləhətləşmələrdənsonra nəhayət ki, İncəsənət və radio teatrı şöbəsi nəzdində belə bir verilişyaratmağa nail oldu. 1969 - cu ilin dekabrında efırə çıxan "Xalqyaradıcılığı.Bulaq" verilişi beləcə ərsəyə gəldi.Bu proqramı hazırlayanlarəsasən kəndlərimizdən çıxmış, el-ağız ədəbiyyatına bələd olan istedadlıyaradıcı simalar - jurnalistlər, filoloqlar, yazıçılardılar. Odur ki, verilişinilk sayları geniş dinləyici auditoriyasıtərəfindən böyük coşquyla qarşılandı. Radionun tarixində ilk dəfə olaraqredaksiyanın ünvanına misli görünməmiş miqdarda məktublar axınıbaşladı.Yazanlar kolxozçular, fəhlələr,tələbələr, yüksək çinli məmurlar, evdarqadınlar, alimlərdilər. Onların hər birisi 30 dəqiqəlik verilişdən duyduqları həzdənyazır,onu hazırlayanlara, xüsusilə də aparıçılarına - Xalq artisti MəhluqəSadıxovayla Əməkdar artist Səməndər Rzayevə minnətdarlıqlarını biidirirdilər. Təsadüfideyil ki, 1973 - cü ildə verilişi hazırlayanların bir qrupu AzərbaycanJurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görüldülər.

10 ildən bəri hər bazargünü saat 19.30 - da efirə cıxan " Bulaq" ın digər radio veriliışərindənfərqli cəhətləri hansılardı ki,televiziya ekranlarında yayımlananproqramların ciddi basqısı altında duruşgətirdi, radionun az qala itməkdə olan şöhrətini birdən birə özünə qaytardı ?Bu referatda mən "Bulaq" verilişi vasitəsiylə Azərbaycan xalqyaradıcılığı nümunələrinin təbliğindən, proqramın hazırlanma prosesindən, milliradiomuzun Ədəbi dram verilişləri redaksiyasının bu sahədəki təcrübəsindən bəhsedəcəyəm.

Gəldiyim nəticəyə görə verilişin uğur qazanmasının əsas səbəbionun üç prinsipə ciddi rəayət etməsiydi; canlı xalq danışıq dilinə güclü meyilə, ən populyar xaq musiqilərindənmövzuya uyğun olaraq yerli yerində istifadə etməsinə, bir də aparıcılarınoxuduqları mətnə məharətli yaradıcı münasibətinə.Başqa komponentlərdən dədanışmaq olar.Məsələn mətn müəlliflərinin çağdaş Azərbaycan gənci, eyni zamandaahıl - ağsaqqalla, ağbirçək nənələrlə eyni dərəcədə dil tapıb ünsiyyətqurmalarından, verilişin mövzusuna, qayə və məramına əvvəldən axıracan rəayəteləmələrindən, folklor incilərinin həssaslıqla toplanıılıb ustalıqla ipə - sapadüzmələrindən, dövrlə, günlə bağlı şərhlərverib şərtləndirə bimələrindən...

Azərbaycan xalqımusiqiyə bir də poeziyaya meyillidir. Mürük sözü, gözəl səslə söylənən şeirisevir, şən, şux, orijinal lətifələrə ürəkdən gülür, yeri gələndə özü də yeni lətifələricad eləyir. Kədər də yad deyil ona. Əsrlərlə yadelli işğalçıların zülmünə məruzqalmış bu xalqın övladları ağlamağı, başqasının dərdinə ortaq olmağı dabacarır. Odur ki, ovqatının hər anında dilə gətirmək üçün saysız hesabsızbayatılar yaradıb. Yeddi hecalıq, dörd misradan ibarət bu bayatılar bütün Şərqellərində adnandı. Hətta rus xalqı qədər Azərbaycanlıların da sevimli şairiolan Sergey Yesenin vaxtilə bir müddətBakıda yaşayarkən bayatılarımızın əsiri olduğunu söyləmişdir. Hətta bəzi bayatılarımızı tərcümə edib ruslarlnçastuşkaları ahəngiylə səhnədən oxuyarmış. Bu bayatını isə o daha tez - tez təkrarlayarmış:

Ya vlyublyon eşşo raz

Naley pyom eşşo raz

Proşli dni, i jiznproşyol

Molodoy ne stanem eşşoraz.

Bax, bu kədərli,sevincli bayatılar hər dəfə"Bulaq" verilişinin bəzəyi olurdu. Çox keçmədi ki, proqramqeyri adi bir sürprizlə qarşılaşdı -verilişin ünvanına yüzlərlə, minlərlə dinləyici məktubları, məktublardasasaysız hesabsız bayatılar axışıb gəldi. Doğrudur, bunların arasında o vaxtacanbizə məlum olanları da vardı.Ancaq əksəriyyəti təzə idi, xalq arasından toplanmışdıvə zaman - zaman nəşr olunan folklor toplularında təsadüf edilməmişdi. Özümüzündə xəbərimiz olmadan möhtəşəm xəzinəyəsahib olmuşduq. Sonra biz həmin bayatıları Elmlər Akademiyasının əlaqədar şöbəsinəverdik ki, elmi nəşrlərində dərc eləsinlər. Şöbənin əmkdaşları bu tapıntımızdanheyrətə gəlir, bizə deyirdilər ki, hər il filan qədər xərc - xuracatla bölgələrəekspedissiyalar göndəririk ki, heç olmazsa beş - on dənə bayatı tapıb üzəçıxaralar. Amma nə xoş ki, bayatılar özləri öz ayağıyla redaksiyanıza axışıb gəlir.Bəs siz buna necə nail olursunuz? Yəqin burda sizin təşkilatçılıq bacarığınzköməyinizə gəlir, eləmi? Deyirdik bu özyerində, amma bu işdə təkcə təşkilatçılıq bacarığı yox, həm də verilişin mətnləriniqələmə alan istedadlı müəlliflərin, onların çoxlarından seçilən qeyri adi, həmdə xalq ruhuyla həmahəng olan yazı üslublarının rolu var.

1973-cü ildən buçağacan verilişə redaktorluq elədiyim illər ərzində özümün tapıb üzə çıxardığımmüəlliflər qrupu olub. Onları işə cəlb eləmək üçün çox fikirləşmiş, gələcəkdəetdiyim seçimlərin xəcalətin çəkməyim deyə onlarla davamlı söhbətlər etmiş,dikussiyalar aparmışam. Çox sağ olsunlar ki, verilişin məqsəd və mahiyyətini düzgün qavradılar. Bu gün çox yerdə bizləri"Bulaqçılar" adlandırırlar. Doğrudur, müxtəlif səbəblər ucbatındanverilişin zəif saylarına da təsadüf edilib. Belə vaxtlarda bəzi daimi dinləyicilərimizinşikayətləriylə də üzləşmişik. Ammatezliklə veriliş səhvlərini düzəltmiş, şöhrətini səngiməyə qoymamış, müəlliflərləiş qaydasına düşmüşdür.

"Bulaq" çox zərif,həm dsə dəymədüşər proqramdır.Ən çox da ona görə ki, dinləyicilərlə sıx əlaqədədir. Burda yüksək jurnalist dəqiqliyi,ehtiyatkarlığı tələb olunur.Xırda bir əyinti, verilişn qayəsinin əksinə olanbir süjet saxta səslənə bilər və təbii ki, dinləyici narazılığına gətiribçıxarar. Narazılığınsa sonucu dinləyicinin radio kanalını dəyişib başqaverilişlər sorağına düşməsidir. Bununla belə müəyyən dönəmlərdə biz risqə getməkdəndə çəkinmədik. Belə ki, "Bulaq" fəaliyyətə başladığı dövrdən ancaqxalqımızın folklir yaradıcılığına, onun saz - söz saxlancından seçmələrəüstünlük verirdi. Süjetlərində əsasən eposlardan, dastanlardan parçalar səsləndirir,aşıq yaradıcılığından danışır, bayatılara yer verir, adət - ənələrdən bəhsedirdi. Əlbəttə bunların da öz gözəlliyi vardı. Digəlki aralarında rabitə,kompozissiya tamlığı olmurdu. Üstəlik də bu zəngin xəzinədən sui istifadə etməmək,onun nə zamansa tükənə biləcəyi barədə fikirləşməyə də dəyərdi. Yəni xəzinətükənəndən, təkrarçılıq baş alıb gedəndən sonra "Bulaq" neyləməli,hansı mövzulara üz tutmalıydı? Verilişingüclü dinləyici potensialı ollduğu haldaxalq yaradıcılığının yalnız bir - iki sahəsini işıqllandırmaqla kifayətlənməktərəfimizdən qəbahət sayılmazdımı? Bəsxalqın zaman - zamın yarınıb bəhrələndiyi digər bədii dəyərlər, o dəyərlərin bugünü, sabahı necə olsun? Bədii zövqün zənginləşməsindədaha hansı faktorlar rol oynaya bilər, bütün bunların radio həlli nə sayaqolmalıdır? Bizcə bu sualların cavabının düzgün tapılmasından " Bulaq"ın sonrakı taleyi asılıydı. Odur ki, çoxfikirləşmədən əvvəlcə xalq bədii sənətlərindən söz açmağı gərəklisandıq.Xalçaçılıqdan, dulusçuluqdan, bədii tikmədən, zərgərlikdən,daş oyma, xəttatlılq,ev tikmə sənətlərindən söhbətlərə yer ayırdıq. Bu söhbətlər fərqli rubrikalaraltında səsləndirilirdi. Burda da uğur qazandıq.Aldığımız məktublar biribirindın maraqlıydı. Nəinki Azərbaycandan, hətta sovet respublikalarından,İran, Türkiyə, Əfqanıstannan belə minnətdarlıq dolu məktublar alırdıq. Xalq bədiisənətləri barədə gedən söhbətlərdə dəbiz "Bulaq" ın əsas prinsiplərinə - spesifik dilinə, musiqi bəzəyinə,aktyorların ifa tərzinə diqqət yetirir, necə deyərlər, tutduğu yoldan sapmamasına çalışırdıq. Odurki, "Bulaq" ın tematikasına əlavə olunan bu yenilik nəinki dinləyiciləriveriliş ətrafından perik salmadı, əksinəonların daha geniş marağına səbəb oldu.

"Bulaq" ınuzun illik təcrübəsindən daha bir misal.Qürur duyulmalı haldır ki, verilişümumiyyətlə Azərbaycanda dərgilənən mətbuatın da dilinə təsirini göstərdi, onunsəhifələrini sxematik yazı üslubundan, quru ibarələrdən, orijinallıq naminəyazılara hopdurulan gəlmə ifadələrdən, sözlərdən təmizlədi.Bunların əvəzindəjurnalistlər "Bulaq" dan gəlmə ifadələrə, daha çox danışıq dilinəuyğun cümlələrə üstünlük verirdilər ki, bu da həmin yazıların oxunuşunuasanlaşdırır, oixucular tərəfindən rəğbətlə qarşılanırdı. Maraqlı cəhətlərdənbirisi da oydu ki, dinləyici məktublarındada yeniliyə meyil artır, müəlliflərin fikir təqdimatı xeyli sadələşir, tez həzmolunurdu. İndi onlar verilişin ünvanına göndərdikləri məktublarda gələcək dinləyicilərinəəvvəlki quru, rəsmi cümlələrlə deyil, canlı xalq danışıq dilində üz tutur,müraciət edirdilər. Bax, bunu"Bulaq" özünün kiçik də olsa şəxsi xidməti sayır.

Hazırda redaksiya buverilişin gələcək perspektivləri barədə fikirləşir, tədbirlər planıhazırlayır.Bunlardan biri haqqında danışmaq istərdim.

Məlumdur ki, bizhazırda elmi - tərəqqi əsrindəyaşayırıq.Kütləvi informasiya vasitələrinin çoxluğu nəinki müasir insanı çaşdırmır,əksinə bu vasitələr onunçun azlıq edir.O daha çox biliklər əldə etməyə canatır, çox görüb çox eşitmək istəyir.Bu yerdə matbuatın, eləcə də radionun üzərinəböyük məsuliyyət düşür.Dinləyicini necə ələ ala bilməli, onun qəlbinə, şüurunanə sayaq nüfuz eləməli? Necə etməli ki, o əlindəki hər hansı vacib işi bir kənaraqoyub radionu dinləməyə vadar olsun? Hər dəfə efirə çıxmazdan öncə"Bulaq" ın hazırlıq mərhələsində(hardasa 5 - 6 gün çəkir) bu suallara dinləyicilərimizi qane edəcəkcavab tapmağa çalışırıq. Axı, məlumoiduğu kimi bu verilişin azarkeşləri saysız - hesabsızdır. İndi qalır beləgeniş auditoriyaya ağıllı, yadda qalan söz demək, onu "Bulaq" həngi maarifləndirmək, insani keyfiyyətlərə yiyələnməsindəyardımçı olmaq. Məlumdur ki, cəmiyyətimizdə hələ də qanun - qadağalara tabeolmayan antipodlar yox deyildir.Bir sözlə həlli vacib olan problemlər hələ dəqalmaqdadır. Bunların müsbət həlli həm də insanların bəd əməllərdən qurtulubdoğru yola gəlməsinə kömək edə bilər.Bu mənada "Bulaq"ı narahat eləyənçatışmazlıqlar da bəs deyincədir. Məsələn ekoloji tarazlığa əngəl olan amillər;dənizin,havanın çirklənməsi, fauna və floradan elmi surətdə, düzgün istifadəolunmaması, gənc nəsillərlə yaşlılar arasındakı münasibətlərin nasazlığı, təzə yaranan adətlərdəki milli mentalitetimizəzidd olan elementlər, şəhərin kəndə təsirində müsbət və mənfi tərəflər, milligeyimlərin kobudcasına deformasiyaya uğraması, şəhərlərin bədii tərtibatındakıkəmkəsirlər... Bütün bunlar barədə "Bulaq" ın hər sayında kəskinpublisistik çıxışlar edilir ki, bu da yalniz və yalnaz dinləyicilərinrazılığına səbəb olur. Adətən bu sayaq çıxışlara "Biz və bizim dərdlərimiz" adlırubrikada yer ayrılır.Bəzən bu rubrika altında öz fikir və düşüncılırini dinləyicilərə yetirməküçün adlı - sanlı mütəxəssislər, alimlərməhz "Bulaq" verilişini məqbul sayır, ona üz tuturlar. Onların qələməaldığı mətnlər redaksiyada diqqətlə oxunur, problemin aktuallığı, verilişin özəlməziyyətlərinə nə dərəcədə uyarlığı və təbii ki, dili müzakirə edilir.Bundansonra həmən müəllifin razılığıyla mətnin dili üzərində gərgin iş aparılır ki,müəllif həmin mətni məmnuniyyətlə qəbul edib efirdə oxuyur. Sonradan həmən müəllif,tutaq ki, alim, professor, tələbə,yaxud fəhlə gəlib "Bulaq" da çıxışeləmək istəyəndə, yaxud məktub yollayanda verilişin üslubuna uyğun canlı xalqdanışıq dilinə üstünlük verir ki, bu da redaktə prosesində bizləri əlavə əziyyətdənqurtarır.

Buradan belə bir nəticəyəgəlmək olar:

1. Janrından asılıolmayaraq bütün radio proqramları xalqın ürəyindən xəbər verməlidir.Bizdə bir məsəlvar, deyir, xalqın gözü tərəzidir. Bəli o, hər şeyi layiqincə qiymətləndirir.Əyərradio verilişi xalq arasında müsbət mənada əks - səda doğurmursa deməli ohardasa dinləyiciyə yaddır,ona çatmır.Bu məqamda müəllif bunun səbəbini özündəaxtamalıdır.Ya tapmalı, ya da verilişdən imtina etməlidir.

2. Bütün verilişlər, həttaelmi publisistik proqramlar belə mənsuboiduğu xalqın gündəlik işlək dilində yayımlanmalıdır. Jurnalist çalışmalıdırki, onun hər bir cümləsi dinləyici yaddaşında ayrı ayrılıqda yaşamaq hüququqazansın.Özünün oynaqlığı, yığcamlığı, obrazlılığı ilə

3. Veriliş boyu istifadəolunan musiqi parçaları təqdim olunan mətnlə üzvi surətə bağlı olmalıdır.

4. Hər bir verilişin özrəngi, obrazı, mətnə uyğun ovqatı olmalıdır.Bu komponentlər ilk növbədə özünüaparıcıların səsində büruzə verməlidir. "Bulaq" verilişində olduğukimi. Buradakı aparıcıların biri müdrük, çoxbilmiş bir ağsaqqal, digəri həlim,şirin dilli, ev canlı, ailə canlı, dünya görmüş ağbieçək nənədir. Və sankionlar qabaqlarındaki mətni üzündən oxumur, eləcə üzbəüz bardaş qurubanı söhbətedirlər. Onçu da deyib danışdıqları məmnunluqla qəbul edilir.Çünki xalqınağıllı, nəsihətamiz sözə həmişə ehtiyacı var. Bəlkə də buna görədir ki,verilişin ünvanına gələn məktublar adətən bu sözlələ başlayır: "Salam, ayBulaq dədə, xoş gördük, ay Bulaq nənə."

5. Hər verilişinauditoriyasının yüksək mənada tərbiyə olunması barədə düşünmək lazımdır. Bunagörə hər bir radio verilişinin alı məqsədi, zəngin, kəsərli söz ehtiyatıolmalıdır. Bizim "Bulaq" kimi. Artıq 10 - cu ildir ki, hər bazar günü 19.30 - da efirə çıxır və hərdəfəsində dinləyicilər tərəfindən təzə veriliş təki qəbul edilir.Auditoriyanıngenişliyi, dinləyici sevgisi yaradıcı heyyət üçün əsl xoşbəxtlikdir. Amma buxoşbəxtlikdən məst olmamaq gərəkir. Unutmaq olmaz ki, qocaman radionunteleviziya və kino kimi iki qəddar düşməni var. Radio efirinə sızan hər xırdacanöqsan onun efir taleyinə böyük zərbə ola bilər. "Bulaq" ın ömrü dinləyicisayğısından,folklor incilərinin zənginliyi baxımından nə qədər asılıdırsa onuxüsusi bir qayğıyla, incəliklə hazırlayıb meydana çıxaranların məhəbbət vəehtiramının böyüklüyündən, uzun ömürlüyündən də çox asılıdır. Nə yaxşı ki, uluYradan bu məhəbbət və ehtiramı onlardan əsirgəməyib.

P.S. Sonda bir daha qeyd etməyi lazım bildim ki,bu referatı 1980- ci ildə Moskvada SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyətgöstərən üç aylıq ixtisas artırma kurslarında oxuyarkən yazmışam.Sonra həmin ilBakıdan mənimlə birgə paytaxta gəlib operator kurslarında təhsil alan həmkarımİslam Quliyev onu ruscaya çevirdi.Jurnalistlər kursunun rəhbəri Qaymakova, eləcə də Şabalovkada bizimlə məşğulolan digər görkəmli teleradio əməkdaşları bu işimə yüksək qiymət vermiş,ünvanıma xoş sözlər söyləmişlər. Onları ən çox maraqlandıransa bir verilişin 10ildən çox efirdən düşməməsi faktı olmuşdu.Görəsən onlar bu günlərimizdə də sərhədsizefir məkanında qəddi - qaməti düz, alnı açıq, üzü ağ cövlan eləyən 50 yaşlı"Bulaq"ımızın varlığından xəbər tutsalar reaksiyaları necə olar ?!

2 May 2019