İntihara cəhd edən gənc şairin son vəziyyəti açıqlandı
Təxminən 20 gün əvvəl ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilən gənc şair Həsən Kürün həyatı üçün yaranmış təhlükə aradan qalxıb.
Adalet.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu bildirib.
"Tibb müəssisəsinin Cərrahi profilli reanimasiya şöbəsində uzun müddət süni tənəffüs aparatında müalicəsi davam etdirilən Həsən Kürün səhhətində həkimlərin səyləri nəticəsində müsbət dinamika müşahidə olunub və o, bu gün palataya köçürülüb.
Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə zəruri tibbi yardımlar alan H.Kür bundan sonra Travmatologiya şöbəsində müalicəsini davam etdirəcək. Onun yaxın günlərdə sol ayağından əməliyyat olunması nəzərdə tutulur.
Daimi müşahidə altında olan H.Kürün vəziyyəti stabil qiymətləndirilir", - deyə E.Hidayətoğlu bildirib.
Xatırladaq ki, gənc şair Həsən Kür fevral ayında Sabunçu rayonunda yerləşən "Sevinc Mall" ticarət mərkəzində özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb.
İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.
Digər Xəbərlər
30 Dekabr 2025 15:16
Bayramda düzgün qidalanma ilə bağlı tövsiyələr
30 Dekabr 2025 11:10
Bayram günlərində sağlam qidalanma üçün ən mühüm qaydalar
30 Dekabr 2025 11:03
Bayram günlərindən sonra qida rejiminin bərpası - SN-dən tövsiyələr
30 Dekabr 2025 10:08
Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi
29 Dekabr 2025 13:00
Nihatın həyatı sizin əlinizdədir: Anası kömək istəyir!
24 Dekabr 2025 16:01
Azərbaycanda yeni virus yayılıb? - AÇIQLAMA
23 Dekabr 2025 10:21
Gün ərzində nə qədər piyada gəzmək lazımdır?
23 Dekabr 2025 10:15


Bakı -°C

